BU İLİN MARTINDA 100 TONDAN ARTIQ NEFT MƏHSULLARI İXRAC EDİLMİŞDİR
Azərbaycan Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsinin xətti ilə cari ilin martında Avropa bazarlarına 103 min 618 ton müxtəlif növ neft məhsulları ixrac olunmuşdur.
Şirkətdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ixrac məhsullarının tərkibində avtomobil benzini 34 min 853 ton, dizel yanacağı 44 min 609 ton, təyyarə yanacağı 23 min 563 ton, butan isə 593 ton təşkil etmişdir. Ötən ay respublikadan kənara soba yanacağı göndərilməmişdir.