İQTİSADİYYAT


BU İL “KÜRSƏNGİ” QAZMAÇILARI 9 NEFT QUYUSU TƏHVİL VERƏCƏKLƏR

“Azneft” İstehsalat Birliyinin “Kürsəngi” Qazma İşləri İdarəsi cari ilin yanvar ayında nəzərdə tutulan 800 metr əvəzinə 1280 metr qazma işi görmüşdür. Hazırda Bibiheybət və Ə.Əmirov adına neft-qazçıxarma idarələrinin sifarişi ilə 9 quyu qazılır. İlin sonuna qədər bu quyular istismar fonduna daxil ediləcəkdir.

Qazma idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qazmaçılar ötən il neftçilərə yüksək debitli 6 quyu təhvil vermişlər. İl ərzində idarə boşdayanmalara yol verməmiş, 13 min 600 metrdən artıq qazma işi görmüş, tapşırığa 117,3 faiz əməl etmişdir.

İdarənin təmirçiləri indi Bənduvan və Qalmaz mədənlərində 15, 402 və 432 nömrəli quyularda çalışırlar.

“Kürsəngi” qazmaçıları cari ildə 13 min 500 metrdən artıq qazma işi görməyi qərara almışlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.