BU İL NAFTALANDA TİKİNTİ-ABADLIQ İŞLƏRİ GENİŞ VÜSƏT ALMIŞDIR
AzerTAg.az
Son illər Naftalan şəhərində aparılan abadlıq və quruculuq işlərinin həcmi xeyli genişləndirilmişdir. Goranboy-Tərtər-Naftalan yolu yenidən qurulmuş, şəhərdaxili yollarda bərpa işləri aparılmış, işıqlandırma sistemi yenidən qurulmuş, 26 kilometr uzunluğunda Tərtər-Naftalan su xətti bərpa edilmişdir. Hazırda bir neçə obyektdə, o cümlədən əlillərin bərpa mərkəzində tamamlama işləri görülür.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə demişlər ki, cari ildə burada abadlıq və quruculuq işlərinin həcmi daha da genişləndiriləcəkdir. Belə ki, şəhərin daxilində 25 kilometr uzunluğunda yola asfalt döşənəcək, beynəlxalq standartlara cavab verən orta məktəb və xəstəxana binaları tikiləcəkdir.
Xəbərin mətnində orfoqrafik səhv var