İQTİSADİYYAT


BU İL XƏZƏRİN AZƏRBAYCAN SEKTORUNDA DAHA İKİ PLATFORMA QURAŞDIRILACAQ

bp-Azərbaycan şirkətindən AZƏRTAC-a bildirmişlər ki, “Əsrin müqaviləsi” çərçivəsində tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir. Bu il “Azəri”, “Çıraq” yataqlarının, habelə “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin “Faza-3” layihəsi üzrə tammiqyaslı işlənməsi məqsədi ilə son obyektlərin tikilib dənizdə quraşdırılması başa çatdırılacaqdır. 2008-ci ildən isə “Azəri-Çıraq-Günəşli” layihəsi bütünlüklə hasilat mərhələsinə qədəm qoyacaqdır.
Xatırladaq ki, “Əsrin müqaviləsi”nin ilkin neft layihəsi çərçivəsində modernləşdirilmiş “Çıraq” platformasından sonra “Azəri” yatağında dörd platforma quraşdırılıb istismara verilmişdir. Həmin qurğulardan 3-ü hasilat (“Mərkəzi Azəri”, “Qərbi Azəri” və “Şərqi Azəri”), biri isə kompressor və suvurma platformasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.