İQTİSADİYYAT
BVF: AZƏRBAYCAN YÜKSƏK MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRƏ NAİL OLMUŞDUR
AZƏRTAC-ın müxbiri Vaşinqtondan xəbər verir ki, icmalın nəticələrinə görə, Azərbaycanın, təxminən 19 milyon ABŞ dolları həcmində növbəti kredit tranşından istifadə etməsinə imkan yaranmışdır. 2001-ci ilin iyulunda qəbul edilmiş və bütövlükdə 119 milyon ABŞ dolları həcmində dəyərləndirilən proqram çərçivəsində hələlik üst-üstə 62 milyon ABŞ dollar ayrılmışdır.
İcmalın nəticələrini mətbuat üçün açıqlayan BVF-nın sərəncamçı direktoru Aqustin Karstens bildirmişdir ki, Azərbaycan, ümumi daxili məhsulun bütün sahələrdə güclü artımı, inflyasiyanın azalması və milli valyutanın sabit mübadilə məzənnəsi daxil olmaqla, yüksək makroiqtisadi göstəricilər əldə etmişdir. Struktur islahatları inkişaf edir. Azərbaycanın xarici mövqelərinin möhkəm olaraq qalacağı gözlənilir.