İQTİSADİYYAT
BVF Azərbaycanın bank sektorunun sağlamlaşdırılması istiqamətində atılan addımları müsbət qiymətləndirib
Bakı, 13 sentyabr, AZƏRTAC
Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəz Asiya Departamentinin direktoru Cihad Azur Azərbaycanın bank sektorunun sağlamlaşdırılması və ümumilikdə makroiqtisadi vəziyyətin sabitləşdirilməsi istiqamətində atılan addımları müsbət qiymətləndirib.
Bunu o sentyabrın 13-də Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı ilə görüşündə bəyan edib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı ölkənin maliyyə sektorunda həyata keçirilən islahatlar, nəzarət və tənzimləmə tədbirləri, o cümlədən “Azərbaycan Beynəlxalq Bankı”nın restrukturizasiyasına dair fikir mübadiləsi aparılıb. Cihad Azur Azərbaycanın bank sektorunun sağlamlaşdırılması və ümumilikdə makroiqtisadi vəziyyətin sabitləşdirilməsi istiqamətində atılan addımları müsbət qiymətləndirib. Müzakirələr zamanı qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri ətrafında müzakirələr aparılıb.