SİYASƏT
BVF RUSİYA VƏ DİGƏR KEÇMİŞ SSRİ ÖLKƏLƏRİ İLƏ MƏŞĞUL OLAN DEPARTAMENTİ LƏĞV ETMİŞDİR
AZƏRTAC-ın Vaşinqtondan aldığı xəbərə görə, Beynəlxalq Valyuta Fondunun (BVF) sərəncamçı direktoru Horst Keler Rusiya və digər keçmiş SSRİ ölkələri ilə məşğul olan İkinci Avropa Departamentinin ləğv edilməsi haqqında qərar vermişdir.
Bu qərara əsasən, noyabrın 1-dək bu ölkələrdən yeddisi – Rusiya, Belarus, Latviya, Litva, Moldova, Ukrayna və Estoniya vahid Avropa Departamentinin tərkibinə keçiriləcəkdir. Qalan səkkiz ölkə - Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistan isə əvvəlki Yaxın Şərq Departamentinə aid ediləcəkdir. Bundan sonra o, Yaxın Şərq və Mərkəzi Asiya Departamenti adlanacaqdır.