DÜNYA


BVF Ukraynaya 700 milyon dollarlıq kredit tranşı ayırıb

Kiyev, 23 noyabr, AZƏRTAC

Beynəlxalq Valyuta Fondunun (BVF) Direktorlar Şurası Ukrayna ilə “Stand-By” proqramına ilk dəfə yenidən baxılması barədə qərar qəbul edib. Fond Ukrayna üçün 500 milyon xüsusi borc hüququ (SDR) həcmində kredit tranşı ayırır. Bu, təqribən 700 milyon dollara ekvivalentdir.

AZƏRTAC BVF-in bəyanatına istinadla bildirir ki, “Stand-By” proqramının qüvvədə olma müddəti 2021-ci ilin dekabr ayında başa çatmalı idi, lakin Fond bu müddəti daha 6 ay uzadıb.

Məlumatda deyilir: “BVF-in İcraiyyə Şurası ehtiyat kredit ayrılması (SBA) barədə 2020-ci il iyunun 9-da bəyənilmiş 18 aylıq sazişə uyğun olaraq Ukraynanın iqtisadi göstəricilərinin birinci icmalını bu gün başa çatdırıb. İcmalın tamamlanması Ukraynaya təqribən 699 milyon ABŞ dollarına ekvivalent məbləğdə kredit ayırmağa imkan verir. Beləliklə, qüvvədə olan SBA çərçivəsində ümumi ödənişlər təqribən 2,8 milyard ABŞ dollarına bərabər olacaq”.

Fondun idarə heyəti ehtiyat kredit barədə sazişin müddətinin 2022-ci il iyunun sonuna qədər uzadılması və proqram üzrə ödənişlərin yenidən bölüşdürülməsi təklifini bəyənib. 2020-ci il dekabr ayında Ukrayna hakimiyyət orqanları tərəfindən effektivlik meyarına riayət olunmasından imtina edilməsi nəticəsində dövlət tərəfindən təminat verilən borc məbləğinə düzəliş etmək lazım gəlib.

Məlumatda qeyd edilir ki, BVF-in yardımı Ukrayna hakimiyyət orqanlarına COVID-19-la bağlı nəticələrin öhdəsindən gəlmək, iqtisadiyyatın bərpasını dəstəkləmək və islahatları sürətləndirmək imkanı verəcək.

Məlumat üçün bildirək ki, Ukrayna hakimiyyət orqanları BVF arasında memorandum 2020-ci ildə imzalanıb. Həmin il iyun ayında sənədin mətni dərc edilib və Ukrayna 18 aylıq ““Stand-By”” proqramı çərçivəsində 5 milyard dollar kreditin 2,2 milyard dollar həcmində birinci tranşını alıb. O vaxtdan BVF Ukrayna üçün tranş ayırmayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.