BVF-nin Azərbaycandakı texniki yardım layihələrinin icrası müzakirə olunub
AzerTAg.az

Bakı, 5 dekabr, AZƏRTAC
Beynəlxalq Valyuta Fondunun Azərbaycanda həyata keçirdiyi texniki yardım layihələri müzakirə olunub.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, dekabrın 5-də nazir Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) Qazaxıstan Respublikasında yerləşən Qafqaz, Mərkəzi Asiya və Monqolustan Regional Bacarıqların İnkişafı Mərkəzinin (CCAMTAC) direktoru Norbert Funke ilə görüşüb. Görüşdə Mərkəz tərəfindən Azərbaycanda həyata keçirilən texniki yardım layihələrinin, o cümlədən fiskal risklərin idarə olunması, makrofiskal proqnozlaşdırma və modelləşdirmə, büdcə qanunvericiliyinin təkmilləşdirilməsi üzrə texniki yardım layihələrinin icra vəziyyəti diqqət mərkəzində olub. Tərəflər, həmçinin BVF ilə mövcud əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, habelə gələcək inkişaf planları barədə fikir mübadiləsi aparıb.
Xəbərin mətnində orfoqrafik səhv var