İDMAN


“B” QRUPUNDA ANNA QURBANOVA YENƏ LİDERDİR

Bakıda bədii gimnastika üzrə Dünya kubokunun mərhələ yarışının ikinci günü səhər müsabiqədənkənar və “B” qrupunda mübarizə aparan idmançılar çıxış etmişlər. Gimnastlar gürzlərlə və lentlə hərəkətləri yerinə yetirmişlər.

Müsabiqədənkənar çıxış edən idmançılar arasında ən yüksək nəticəni qazaxıstanlı Mayya Zaynullina göstərmişdir. O, çıxışlarının yekunlarına görə, 76,950 bal toplamışdır. Azərbaycan nümayəndələri Dina Qorina və Valeriya Yeqay ikinci və üçüncü yerləri tutmuşlar.

Aprelin 23-də olduğu kimi, bu gündə “B” qrupunda ən yüksək nəticəyə Azərbaycan gimnastı Anna Qurbanova nail olmuşdur. O, gürzlərlə çıxışında 23,200 bal, lentlə təmrinlərdə 20,900 bal toplamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.