İQTİSADİYYAT
“Babaçay” qum-çınqıl yatağının 21 hektar sahəsi istifadəyə verilib

Bakı, 22 iyun, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərrac iyunun 22-də keçirilib.
Hərracda Quba rayonunda yerləşən “Babaçay” qum-çınqıl yatağının 21 hektar sahəsi istifadəyə verilib. Hərracın nəticəsi ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3QGdmjq)