İQTİSADİYYAT


“Babək” gəmisi əsaslı təmirdən çıxıb

Bakı, 18 noyabr, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus “Babək” gəmisi əsaslı təmir olunub.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir müddətində tankerin baş və köməkçi mühərrikləri, nasosları, hava kompressorları, yağ və yanacaq seperatorları, avar valları, elektrik mühərrikləri təmir edilib. Gəmi üzrə avtomatika və elektrik-quraşdırma işləri görülüb, dəmir təbəqələr dəyişdirilib. Göyərtədə yük, buxar, yanğın boruları sazlanıb və yeniləri ilə əvəzlənib. Bununla yanaşı, gəminin heyətinə məxsus yaşayış otaqları da yenilənib.

Təmirçilər gəminin sualtı və suüstü hissəsinin, baş göyərtə və üst qurumun, lövbər zəncirlərinin obraziv qumla təmizlənərək üç qat rənglənməsini də həyata keçirib. Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və istismara qaytarılıb.

Uzunluğu 149,9 metr, eni 17,3 metr olan “Babək” gəmisinin yükgötürmə qabiliyyəti 13 min tondur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.