REGİONLAR
Babək rayon sahibkarları əsgərlərə sovqat aparıb
Babək, 30 oktyabr, AZƏRTAC
Muxtar respublikada xalq-ordu birliyinə nümunə olaraq Babək rayonu Şəkərabad kəndinin sakinləri və sahibkarları tərəfindən rayon ərazisindəki hərbi hissəyə sovqat aparılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əsgərlərlə görüşdə xalqımızın ordumuza daim dəstək göstərərək onların yanında olduğu bildirilib.
Vurğulanıb ki, hazırda Qarabağ uğrunda apardığımız Vətən müharibəsində ordumuz tərəfindən uğurlu əks-hücum əməliyyatları davam etdirilir. Hər gün yeni yaşayış məntəqələri və yüksəkliklər igid əsgərlərimiz tərəfindən azad olunur.
Sonra gətirilən 125 kiloqram ət, 570 kiloqram kartof, 300 kiloqram soğan və digər ərzaq məhsulları hərbi hissəyə təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]