REGİONLAR


Babək rayonunda humanitar tibbi aksiya keçirilib

Naxçıvan, 20 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev İli” çərçivəsində humanitar tibbi aksiyalar davam etdirilir.

AZƏRTAC xəbər verir ki, növbəti tibbi aksiya Babək rayonunda təşkil olunub.

Humanitar tibbi aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının 12 nəfərlik tibb heyəti Babək Rayon Mərkəzi Xəstəxanasının həkim və tibb işçiləri ilə birlikdə sakinləri müxtəlif müayinələrdən keçiriblər.

Ümumilikdə 82 xəstə üzərində 148 müayinə aparılıb. Səhhətində müəyyən problemlər aşkar olunan pasiyentlərə ilkin diaqnoz qoyulub, müalicə təyin edilib və tibbi məsləhətlər verilib. Naxçıvan Muxtar Respublika Xəstəxanasına gələ bilməyən kənd sakinləri, həmçinin şəhid alilələri və qazilər də tibbi aksiyadan yararlanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.