REGİONLAR


Babək rayonunda istedadlı qadınların əl işləri sərgilənib

Babək, 30 aprel, AZƏRTAC

Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə istedadlı qadınların əl işlərindən ibarət sərgi açılıb.

AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sərgiyə 21 qadının, o cümlədən 7 məhdud fiziki imkanlı şəxsin müxtəlif janrlarda çəkdikləri rəsm əsərləri və əl işlərindən ibarət 400-dən çox yaradıcılıq nümunəsi çıxarılıb.

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət qadın siyasəti qadınları cəmiyyətin fəal üzvünə çevirib, onların ictimai həyatda iştirakını təmin edib. Hər il təşkil olunan sərgi-satışlar da həyata keçirilən bu siyasətin tərkib hissəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.