Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Babək rayonunun Məzrə kəndində yeni sosial obyektlər istifadəyə verilib

Naxçıvan, 28 sentyabr, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası ölkəmizə tərəqqi, xalqımıza firavanlıq və yüksək rifah bəxş edib. Bu gün Ulu Öndərin yolunun davam etdirilməsinin nəticəsidir ki, muxtar respublikamızda geniş quruculuq işləri aparılır, yaşayış məntəqələrinin siması dəyişir, müasir kənd infrastrukturu yaradılır. Yeni sosial obyektlərin inşası və əhalinin rahat yaşayışının təmin olunması Naxçıvan Muxtar Respublikası kəndlərinin inkişafında yeni mərhələnin əsasını qoyub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 28-də Babək rayonunun Məzrə kəndində yeni sosial obyektlər istifadəyə verilib.

 

Kənd yolu yenidən qurulub

Sentyabrın 28-də Məzrə kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun açılışını bildirən lenti kəsib və sakinləri təbrik edib.

Məlumat verilib ki, 2,9 kilometr uzunluğundakı kənddaxili avtomobil yolları yenidən qurulub, yol yatağı genişləndirilərək asfalt örtük salınıb. Tikinti işləri aparılarkən 1300 metr yola çınqıl qatı verilib, yolun üzərində 75 su keçidi qoyulub, yağış sularının axıdılması üçün 1250 metr beton kanal çəkilib.

 

Məzrə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib

Sentyabrın 28-də Məzrə kənd tam orta məktəbinin yeni binasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxış edərək deyib ki, muxtar respublikanın şəhər, qəsəbə və kəndləri yenidən qurularaq müasir görkəm alır. Aparılan genişmiqyaslı tikinti-quruculuq işlərindən Babək rayonuna da pay düşüb. Bu ilin ötən dövründə rayonun Xəlilli və Yarımca kəndlərində yeni sosial obyektlər istifadəyə verilib. Hacıvar və Badaşqan kəndlərində isə quruculuq işləri davam etdirilir. Bu gün Məzrə kəndi də rayonun kompleks abadlaşan kəndlərinin sırasına qoşulub. Bundan başqa rayonda mənzillərin içməli su, torpaq sahələrinin isə suvarma su təminatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Rayon icra başçısı həyata keçirilən tədbirlərə görə sakinlər adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Məzrə kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin “Təhsil sisteminin inkişafında orta məktəblərə qayğı xüsusi yer tutmalıdır”, - fikrini xatırladaraq deyib: Məktəb tikintisi gələcəyimiz olan gənclərin yetişdirilməsinə xidmət edir. Ona görə də ölkəmizdə Ulu Öndərimizin yolu uğurla davam etdirilir, hər il yeni məktəb binaları tikilir və müasir tədris avadanlıqları ilə təchiz olunur. Ölkəmizdə tikilən müasir məktəblərdən biri də bu gün Məzrə kəndində istifadəyə verilir.

Ali Məclisin Sədri deyib: Məzrə kəndi muxtar respublikamızın abad yaşayış məntəqəsinə çevrilib. Kənddə məktəb binası, yol, kənd və xidmət mərkəzləri tikilmiş, abadlıq işləri aparılmışdır. Həyata keçirilən bu tədbirlər sakinlərin rahat yaşayışına və gənclərin yaxşı təhsil almasına xidmət edir. Məktəb tikintisinə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir. Bu gün məktəbdə təhsil alan gənclər gələcəkdə ölkəmizdə müxtəlif sahələrdə çalışacaq, dövlətimizin möhkəmlənməsinə və inkişafına öz töhfələrini verəcəklər. Ona görə də müəllimlər gənclərlə işə xüsusi diqqət yetirməli, onların vətənpərvər və təhsilli böyüməsi qayğısına qalmalıdırlar. Bu işlərin həyata keçirilməsi üçün lazımi şərait yaradılmış, məktəb tədrisin müasir tələbləri səviyyəsində qurulmuşdur.

Məzrə kənd tam orta məktəbinin nailiyyətləri onu deməyə əsas verir ki, məktəbdə nizam-intizam var, müəllim-şagird münasibətləri qarşılıqlı hörmət və tələbkarlıq əsasında qurulub. Yeni məktəb binası gələcəkdə nailiyyətlərin daha da artırılmasına imkan verəcəkdir. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, nizam-intizama əməl edilməli, müəllimlər daim öz üzərlərində işləməli, gənclərin gələcəkdə peşə sahibi olması üçün çalışmalı, yaxşı təhsil verməlidirlər.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür edib, onlara tədrisdə uğurlar arzulayıb.

Açılışı bildirən lent kəsildikdən sonra məktəb binasına baxış olub.

Bildirilib ki, 270 şagird yerlik 3 mərtəbəli məktəbdə 3-ü elektron lövhəli olmaqla 15 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otağı, müəllimlər otağı, şahmat otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır. Məktəbdə 19 kompüter quraşdırılıb və internetə qoşulub.

Muxtar respublikamızın ümumtəhsil məktəblərində kitabxana işinin müasir standartlar səviyyəsində qurulması diqqət mərkəzində saxlanılır, kitabxana fondları dərslik və bədii ədəbiyyatlarla zənginləşdirilir. Məzrə kənd tam orta məktəbinin kitabxanasında da 1617 dərslik və 1381 bədii ədəbiyyat vardır.

Elektron lövhəli sinifdə Məzrə kənd tam orta məktəbi ilə “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi arasında əlaqə yaradılıb, muxtar respublikanın 206 təhsil müəssisəsinin iştirakı ilə distant dərs keçirilib.

Kimya, biologiya və fizika laboratoriyalarında lazımi təcrübə avadanlıqları və elektron lövhə quraşdırılıb, hərbi kabinədə tədris proqramına uyğun stendlər qoyulub.

Ali Məclisin Sədri kimya, biologiya, fizika, riyaziyyat və tarix fənlərinin tədrisində elektron dərsliklərdən istifadənin vacibliyini bildirib, tədrisin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.

Baxış zamanı qeyd olunub ki, 2016-2017-ci tədris ilində Məzrə kənd tam orta məktəbində birinci sinfə 15 şagird qəbul olunub.

Müəllimlərlə görüşən Ali Məclisin Sədri Məzrə kənd tam orta məktəbində tədrisin düzgün qurulduğunu, ali məktəblərə qəbulda məktəbin yaxşı nəticələr göstərdiyini qeyd edib, nailiyyətlərin daha da artırılmasının vacibliyini bildirib.

Müəllim İlahə Səfərova muxtar respublikada təhsilin inkişafı sahəsində həyata keçirilən tədbirlərə görə pedaqoji kollektiv adından minnətdarlıq edib.

 

Məzrə Kənd Mərkəzinin açılış olub

Sentyabrın 28-də Məzrə Kənd Mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, mərkəzdə rabitə evi, polis sahə, baytarlıq və feldşer-mama məntəqələri, kitabxana, statistika otağı, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi və 44 yerlik iclas zalı vardır.

Baytarlıq məntəqəsində soyuducu və lazımi dərman vasitələri qoyulub, xidmətin təşkili üçün bütün şərait yaradılıb. Kənd kitabxanası da zənginləşdirilib, oxucuların istifadəsinə 6487 kitab verilib. Rabitə evində quraşdırılan 320 yerlik müasir ATS, çəkilən fiberoptik xətt kənddə dayanıqlı telefon və sürətli internet xidmətinin göstərilməsinə imkan verir. Hazırda Məzrə kəndində 28 internet istifadəçisi vardır.

Feldşer-mama məntəqəsi üçün 4 iş otağı ayrılıb, soyuducu, tibbi avadanlıqlar və dərman vasitələri qoyulub. Burada əhaliyə lazımi tibbi xidmət göstəriləcəkdir.

Ali Məclisin Sədri tibbi xidmətin təşkilində səhiyyə maarifi işinə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib, bununla bağlı tapşırıq və tövsiyələrini verib.

 

Məzrədə xidmət mərkəzi fəaliyyətə başlayıb

Məzrə kəndində müasir xidmət mərkəzinin yaradılması sakinlərin rahatlığına imkan verəcəkdir.

Sentyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını bildirən lenti kəsib.

Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları mağazası fəaliyyət göstərir. Mərkəzdə 4 nəfər işlə təmin olunub.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri sakinlərlə görüşüb.

Kənd sakini Vaqif İsayev minnətdarlıq edərək deyib: Məzrə kəndi tamamilə abadlaşıb. Kənd yolu, məktəb binası, kənd və xidmət mərkəzləri sakinlərin rahatlığını təmin edir. İnsanlar rahat yaşayır. Vaxtilə Heydər Əliyev Su Anbarının istifadəyə verilməsi kəndin suvarma su problemini həll edib, əkin sahələri xeyli genişlənib. Bu gün kənddə əhalinin içməli su təminatı da yaxşılaşdırılıb. Bir sözlə, kənddə şəhər rahatlığı yaradılıb. Bu işlər bizi sevindirir, torpağa daha sıx bağlayır. Daim dövlətimizin yanındayıq. Ölkəmizdə həyata keçirilən siyasi xətti dəstəkləyirik. Çalışacağıq ki, bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə edək, ölkəmizin inkişafında payımız olsun.

Ali Məclisin Sədri deyib ki, Məzrə kəndində həyata keçirilən quruculuq işləri insanların rahat yaşamasına xidmət edir. Vaxtilə kənddə bir çox sahədə problemlər mövcud idi. Lakin bu gün Məzrə müasir Azərbaycan kəndinə nümunədir. Kənddə bütün sosial problemlər həll edilib, yeni yol, məktəb binası, kənd mərkəzi, feldşer-mama məntəqəsi, xidmət mərkəzi istifadəyə verilib, müasir rabitə sistemi qurulub, sürətli internetdən istifadə imkanları yaradılıb. Məzrə kəndində əkinçiliyin və heyvandarlığın inkişafı üçün də lazımi şərait yaradılıb. Dövlətimiz tərəfindən bu sahə ilə məşğul olanlara lazımi qayğı göstərilir. Kəndlərdə həyata keçirilən tədbirlər dövlətimizin öz vətəndaşlarına göstərdiyi qayğının daha bir ifadəsidir. Sakinlər bu qayğıdan səmərəli istifadə etməli, tikilənlər, qurulanlar qorunub saxlanılmalı, məskunlaşma artmalıdır.

X X X

Məzrə kəndində abadlıq işləri də görülüb. Kəndin rabitə, elektrik, qaz və su sistemləri yenidən qurulub, 2 min metrdən artıq rabitə və 1850 metrlik elektrik xətti çəkilib, qaz və su xətlərində təmir-bərpa işləri aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub