Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Babək rayonunun Payız kəndində kompleks quruculuq işləri aparılıb

Naxçıvan, 15 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Hər bir vətəndaş üçün yaşadığı yerdən asılı olmayaraq, gözəl şərait yaradılmalıdır. İnsanlar işlə təmin olunmalıdır, təhlükəsizlik təmin edilməlidir, səhiyyə, təhsil ocaqları tikilməlidir”.

Sabitlik, davamlı sosial-iqtisadi islahatlar və aparılan geniş quruculuq işləri bu gün Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələrini əhatə edib. Kəndlərin abadlaşması, müasir infrastrukturun yaradılması, fərdi təsərrüfatların genişlənməsi və məşğulluğun təmin olunması ölkəmizin ən qiymətli sərvəti olan insanların rahat yaşayışına imkan verir, məskunlaşma ilbəil artır. Həyata keçirilən tədbirlərin davamı olaraq bu il Babək rayonunun Payız kəndində də geniş abadlıq-quruculuq işləri aparılıb, yeni məktəb binası, kənd və xidmət mərkəzləri tikilib, rahat avtomobil yolu çəkilib, kənddəki qədim su dəyirmanı bərpa olunub.

Bilik Günü Payız kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi ilə qeyd olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 15-də - Bilik Günündə Payız kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bilik Gününün - yeni tədris ilinin başlanmasının Babək rayonunun Payız kəndində müasir məktəb binasının istifadəyə verilməsi ilə qeyd olunduğunu bildirib, muxtar respublikanın ümumtəhsil, ali, orta ixtisas və peşə məktəblərinin şagird, tələbə və müdavimlərini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji kollektivləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək deyib: Təhsil qədər cəmiyyəti irəli aparan ikinci bir sahə yoxdur. Əgər təhsil inkişaf edirsə, ölkə də inkişaf edir. Bu gün inkişaf edən ölkələrin təcrübəsini nəzərdən keçirsək, görərik ki, bu ölkələrin inkişafının kökündə təhsilə göstərilən qayğı dayanır. Bu bir həqiqətdir ki, Azərbaycanda təhsilin müasir standartlara cavab verməsi ümummilli liderimiz Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti nəticəsində mümkün olmuşdur. Ümummilli Liderimizin müəllifi olduğu və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən təhsil strategiyası Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında yeni mərhələyə yüksəlmişdir.

Ali Məclisin Sədri deyib: Göstərilən qayğının nəticəsidir ki, ölkəmizdə müasir təhsil infrastrukturu yaradılıb. Qəbul olunan dövlət proqramlarının icrası da təhsildə keyfiyyət dəyişikliklərinə səbəb olub. Hər bir təhsil pilləsi üzrə kadr hazırlığı müasir dövrün tələbləri nəzərə alınaraq həyata keçirilir. Görülən tədbirlərin nəticəsində ali, ali hərbi və orta ixtisas məktəblərinə qəbul olanların və qəbul imtahanlarında yüksək bal toplayanların sayı ilbəil artır. Təhsilə, məktəb işinə qoyulan sərmayə gələcəyə qoyulan sərmayədir. Əgər yaxşı mütəxəssis və əsl vətəndaş yetişdirmək istəyiriksə, ölkəmizin gələcəyini düşünürüksə, onda məktəb işinə, təhsilə həmişə olduğu kimi, bundan sonra da xüsusi diqqət yetirməliyik. Bu gün muxtar respublikanın ən ucqar kəndində də, şəhər və rayon mərkəzlərində də gənclərimiz müasir şəraitə və imkanlara malik olan məktəblərdə təhsil alırlar. Təhsil müəssisələrində elektron təhsil və yeni tədris metodları tətbiq olunur, şagirdlər kompüterlərdən və sürətli internetdən istifadə edirlər. Kəndlərimizdə yaradılan şərait yalnız təhsil infrastrukturu ilə məhdudlaşmır. Bu gün muxtar respublikanın bütün kənd yaşayış məntəqələrində geniş quruculuq işləri aparılır, kənd və xidmət mərkəzləri, səhiyyə müəssisələri, zəngin kitabxanalar, idman meydançaları və digər sosial obyektlər istifadəyə verilir, rahat yollar və körpülər salınır, sürətli internetə çıxış imkanları yaradılır.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir”, - fikrini xatırladaraq deyib: Hər bir müəllim və şagird bilməlidir ki, dövlət müstəqilliyinin qorunub saxlanması vacib və taleyüklü məsələdir. Dövlət müstəqilliyini qorumağın, əsl vətəndaş olmağın yolu isə yaradılan təhsil imkanlarından bəhrələnməkdən, yaxşı təhsil almaqdan və hər bir gəncin seçdiyi sahə üzrə ixtisaslı kadr kimi yetişməsindən keçir. Təhsil elə bir sahədir ki, bu sahədə inkişafın ləngiməsi yolverilməzdir. Ona görə də məktəblərdə yaradılan müasir tədris şəraitindən, yeni texnologiyalardan lazımi şəkildə istifadə olunmalı, gənclər gələcək dövrün tələbləri nəzərə alınaraq hazırlanmalıdır. Bunun üçün, ilk növbədə, müəllimlər ixtisaslarını təkmilləşdirməli, müasir tədris metodlarını mənimsəməli, müəllim-şagird münasibətləri qarşılıqlı hörmət və tələbkarlıq əsasında qurulmalıdır.

“Hərtərəfli təhsil alan, peşə öyrənən, özünü ölkəsinin gələcəyinə hazırlayan gənclər Azərbaycan xalqının milli sərvətidir. Biz gənclərə ölkəmizin gələcək təminatçıları kimi baxırıq. Gənclər isə bu gələcəyin daha da etibarlı olması üçün yaxşı təhsil almaqla yanaşı, həm də tariximizi, dilimizi öyrənməli, milli dəyərlərimizə və adət-ənənələrimizə sahib çıxmalı, vətənpərvər böyüməlidirlər”, - deyən Ali Məclisin Sədri tədbir iştirakçılarını, eləcə də muxtar respublikanın bütün şagird, kursant və tələbələrini, müəllimləri bir daha Bilik Günü münasibətilə təbrik edib, onların hər birinə yeni tədris ilində uğurlar arzulayıb, çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Elm və bilik ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir”.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxış edərək deyib ki, muxtar respublikada yeni təhsil müəssisələrinin tikilməsi, informasiya-kommunikasiya texnologiyalarına təlim prosesində geniş yer ayrılması, distant təhsilin tətbiqi təhsil sahəsində uğurların qazanılmasına şərait yaradıb. 2017-ci ilin ötən dövründə muxtar respublikanın şəhər, kənd və qəsəbələrində yeni avadanlıqlarla təchiz edilən, ən yeni kompüter dəstləri və elektron lövhələrlə təmin olunan 2716 şagird yerlik 5 tam orta məktəb binası istifadəyə verilib. Hazırda muxtar respublikada 3-ü ibtidai, 5-i ümumi orta və 208-i tam orta olmaqla, ümumilikdə, 216 məktəb və Heydər Əliyev adına Hərbi Lisey fəaliyyət göstərir. Cari tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərində yaradılan 174 məktəbəhazırlıq qruplarına beş yaşı tamam olan 3119 uşaq cəlb edilib. Hazırda ümumtəhsil məktəblərinin birinci siniflərində 5132 şagird təhsil alır. Təhsil Nazirliyinin tabeliyində olan 1 Peşə Liseyi və 3 Peşə məktəbində isə 5 ilk peşə ixtisası üzrə 24 qrupda 511 müdavimin təhsili ilə 34 müəllim və 12 istehsalat təlim ustası məşğul olur. Ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə quraşdırılıb, məktəblərə 4242 kompüter verilib ki, onların da 3339-u internetə qoşulub. Bu ilin avqust ayında ümumtəhsil məktəblərinə 145 min 949 nüsxə dərslik, 6271 nüsxə müəllim vəsaiti, dərslərdə əyaniliyin təşkili məqsədilə məktəbəhazırlıq qrupları üçün 180 ədəd plakat verilib. Bununla yanaşı, ümumtəhsil məktəblərinə 38 adda 8640 nüsxə bədii ədəbiyyat da paylanıb.

Payız kənd tam orta məktəbinin direktoru Turan Məmmədli deyib ki, muxtar respublikamızda əhalinin yaşayış səviyyəsi yüksəldilir, tikinti-quruculuq işləri geniş vüsət alır. Quruculuq işləri içərisində təhsilə daha çox pay düşür, yeni təhsil müəssisələri istifadəyə verilir. Payız kəndində hər cür maddi-texniki baza ilə təchiz olunan və tədrisin keyfiyyətinin yüksəldilməsi üçün geniş imkanlar açan yeni məktəb binasının istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Turan Məmmədli yaradılan şəraitə görə müəllim və şagird kollektivi, eləcə də valideynlər adından minnətdarlıq edib.

Ali Məclisin Sədri məktəbin açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, 3 mərtəbəli məktəb binası 240 şagird yerlikdir. Binada 3-ü elektron lövhəli olmaqla 13 sinif otağı, 2 laborato¬riya, hərbi kabinə, şahmat sinfi, kompüter otağı, müəllimlər otağı, psixoloq otağı, kitabxana və idman zalı fəaliyyət göstərir. Məktəbin kitabxana fondunda 1362-si dərslik və 2530-u bədii ədəbiyyat olmaqla 3892 kitab vardır. Kitabxanada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamına uyğun olaraq “Oxunması zəruri olan kitablar”dan ibarət guşə yaradılıb. Kompüter ota¬ğında 19 kompüter quraşdırılıb və internetə qoşulub.

Ali Məclisin Sədri elektron lövhəli sinifdə muxtar respublikanın təhsil müəssisələri ilə Heydər Əliyev Muzeyi arasında keçirilən interaktiv dərsi izləyib. İnteraktiv dərsdə şagirdlərə Ümummilli Liderin həyatı, siyasi və dövlətçilik fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Kimya-biologiya və fizika laboratoriyaları əyani tədris vasitələri ilə təmin olunub, idman zalında və hərbi kabinədə şagirdlərin fiziki hazırlığı və hərbi vətənpərvərlik tərbiyələrinin təşkili üçün lazımi şərait yaradılıb.

Məktəbin pedaqoji kollektivi ilə görüşən Ali Məclisin Sədri deyib ki, Payız kənd tam orta məktəbi müasir tədrisin tələbləri səviyyəsində qurulub. Bu il 2016-cı ilin məzunlarından 1, 2017-ci ilin məzunlarından isə 3 nəfər ali məktəblərə, 1 şagird Heydər Əliyev adına Hərbi Liseyə, 1 şagird isə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul olunub. Məktəbdə yaradılan şərait tədrisin bundan sonra da günün tələbləri səviyyəsində qurulmasına imkan verəcəkdir. Müəllimlər şagirdlərin hərtərəfli hazırlanmasına diqqət yetirməli, keçirilən dərslər qavrama yolu ilə öyrədilməli, yaradılan şəraitdən səmərəli istifadə olunmalıdır. Şagirdlərə birinci Ana dili və Vətən tarixi, ikinci dəqiq elmlər, üçüncü xarici dil öyrədilməli, dördüncü isə təmayülləşmə, yəni seçdiyi ixtisas üzrə fənlər öyrədilməlidir.

Məktəbin müəllimi Arif Bağırov minnətdarlıq edərək deyib: Muxtar respublikada elm, təhsil hərtərəfli qayğı ilə əhatə olunub. Gənclərin təhsil alması, əsl vətəndaş kimi böyüməsi üçün bütün şərait yaradılıb. Hər il yeni məktəb binaları istifadəyə verilir, müasir tədris şəraiti yaradılır. Payız kəndində də təhsilin inkişaf etdirilməsi üçün bütün imkanlar vardır. Müəllimlər Ali Məclis Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamını minnətdarlıqla qarşılayır, bunu gələcəyimiz olan gəncliyə göstərilən daha bir qayğı kimi dəyərləndirirlər. Bütün bunlar pedaqoji heyətin məsuliyyətini daha da artırır. Çalışacağıq ki, yaradılan şəraitdən istifadə edərək təhsilli və vətənpərvər gənclər yetişdirək.

Binanın həyətində abadlıq işləri aparılıb, bufet tikilib, açıq idman qurğuları quraşdırılıb.

Payız Kənd Mərkəzi istifadəyə verilib

Sentyabrın 15-də Payızda yeni kənd mərkəzinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Bildirilib ki, iki mərtəbədən ibarət olan kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və 44 yerlik zal yerləşir. Mərkəzdə yerləşən iş otaqları zəruri mebel dəstləri və avadanlıqlarla təchiz olunub.

Kitabxanada 7856 ədəbiyyat vardır. Kitabxanaların fəaliyyətinin gücləndirilməsi və kitabxana-oxucu əlaqələrinin səmərəli qurulması ilə bağlı tapşırıqlar verilib.

Baytarlıq məntəqəsi Payız və Gülşənabad kəndlərinə xidmət edir. Məntəqə üçün ayrılan otaq müvafiq dərman preparatları və soyuducu ilə təmin edilib.

Yeni Azərbaycan Partiyası Payız kənd ərazi ilk təşkilatının 140 üzvü vardır. Onlardan 50-si gənc, 26-sı isə qadındır.

Kəndlərdə aparılan kompleks quruculuq işləri zamanı yeni tibb ocaqlarının tikilməsi və müasir avadanlıqlarla təminatı kənd sakinlərinə göstərilən səhiyyə xidmətinin səviyyəsini yüksəldir. Feldşer-mama məntəqəsi 3 otaqdan ibarətdir. Burada lazımi şərait yaradılıb, tibbi avadanlıqlar və dərman vasitələri qoyulub.

Kənd mərkəzi istilik sistemi ilə təchiz edilib, həyətdə abadlıq işləri aparılıb.

Payız kəndinin yolu yenidən qurulub

Sentyabrın 15-də Payız kənd avtomobil yolu istifadəyə verilib. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd sakinləri ilə görüşüb, onları yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Bu gün Azərbaycan dövləti ümummilli liderimiz Heydər Əliyevin yaratdığı və müəyyən etdiyi yolla gedir. Ona görə də ölkəmizdə sabitlik, inkişaf və tərəqqi vardır. Bu gün ölkəmiz inkişaf edən ölkələr sırasındadır. Bütün bunların nəticəsidir ki, yaşayış məntəqələrində, kəndlərdə geniş quruculuq işləri aparılır. Bu gündən Payız kəndi də müasir kəndlərin sırasına qoşuldu. Kənddə yaradılan şərait insanların rahat yaşayışını təmin edəcəkdir. Sakinlər isə dövlətin yaratdığı bu şəraitdən istifadə edərək ölkəmizin inkişafına öz töhfələrini verməli, təsərrüfatlar genişləndirilməli, torpaqlar əkilməli, tikilənlər, qurulanlar qorunub saxlanılmalıdır.

Kənd sakini Nizami Cəfərov deyib: Bu gün muxtar respublikanın inkişafı göz qabağındadır. Şəhər və kəndlərdə geniş tikinti-quruculuq işləri aparılır. Payız kəndi muxtar respublikanın səfalı yaşayış məntəqələrindədir. Aparılan quruculuq işlərindən sonra isə kənd müasir görkəmə qovuşub. Yeni məktəb binası, yol və digər sosial obyektlər kəndin simasını tamamilə dəyişib. Dayanıqlı elektrik və qaz təminatı, rabitə xidməti, sürətli internetə çıxış imkanları, içməli və suvarma su təminatı insanları qayğılardan azad edib. Ona görə də hər kəs təsərrüfatı ilə məşğul olur, torpaqlar əkilir, bol məhsul yetişdirilir. Bütün bunlar ona görə mümkün olur ki, ölkəmizdə Ulu Öndərin yolu davam etdirilir, insanlara qayğı göstərilir. Nizami Cəfərov yaradılan şəraitə görə kənd sakinləri adından minnətdarlıq edib.

Ali Məclisin Sədri yolun açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, ümumi uzunluğu 5200 metr olan kənddaxili avtomobil yolu genişləndirilərək asfalt örtük salınıb. Yolun üzərində 82 su keçidi qoyulub, 2380 metrlik beton kanal çəkilib. Tikinti işləri aparılarkən yolun kənarında 115 metr daş və 298 metr istinad divarı da tikilib. Həmçinin Cəhri çayı üzərindəki kənd körpüsü təmir olunub, ətrafda 703 metr sahilbərkitmə işləri aparılıb.

Payız kəndində xidmət mərkəzi və su dəyirmanı

istifadəyə verilib

Həmin gün Payız kəndində yeni xidmət mərkəzi və su dəyirmanı da istifadəyə verilib. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzinin açılışını bildirən lenti kəsib.

Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət, ərzaq və təsərrüfat malları mağazaları, dərzi fəaliyyət göstərir. Mərkəzdə 6 kənd sakini işlə təmin olunub. Ali Məclisin Sədri tapşırıb ki, yerli ərzaq məhsullarının satışına üstünlük verilsin.

Ali Məclisin Sədri kənddəki su dəyirmanının yenidənqurmadan sonrakı vəziyyəti ilə də tanış olub.

Məlumat verilib ki, muxtar respublikada xalqımızın məişət mədəniyyətinin ayrılmaz parçası olan su dəyirmanlarının bərpası diqqət mərkəzində saxlanılır. Culfa rayonunun Kırna, Saltaq və Camaldın kəndlərində gündəlik istehsal gücü 4 ton olan 3 su dəyirmanı fəaliyyət göstərir. Payız kəndindəki su dəyirmanının da gündəlik istehsal gücü 1 tondur. Dəyirmanda əsaslı bərpa və yenidənqurma işləri aparılıb, Cəhri çaydan qidalanan 1250 metrlik dəyirman arxı yenidən qurulub. Su dəyirmanı Payız kəndi ilə yanaşı, qonşu kəndlərin də tələbatını ödəyəcəkdir.

Ali Məclisin Sədri muxtar respublikada su dəyirmanlarının bərpasının bundan sonra da davam etdiriləcəyini bildirib, su dəyirmanlarının tarixi-mədəni irsimizin bir parçası kimi işlədilməsi və qorunub saxlanılması barədə tapşırıqlar verib.

Payız kəndində abadlıq işləri də görülüb, 3500 metr rabitə, 2900 metr elektrik xətti çəkilib, 1200 metr elektrik xətti təmir olunub. Həmçinin kənddəki yeni tiki¬li¬lərə 635 metrlik qaz xətti çəkilib, 3460 metr qaz xəttində təmir-bərpa işləri aparılıb. Əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində də tədbirlər görülüb, 900 metr müxtəlif diametrli yeni içməli su xətti çəkilib, 300 metr içməli su xətti bərpa olunub. Cəhri çayında 1500 metr məsafədə ikitərəfli sahilbərkitmə işləri aparılıb, Cəhri göllərinə su aparan kanalın 280 metrinin yeri dəyişdirilib və beton piltələrlə üzlənib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər