REGİONLAR
Babək rayonunun Vayxır kəndinin ərazisində yeni meyvə bağı salınıb
Babək, 26 noyabr, AZƏRTAC
Naxçıvançayın sağ sahilində, Babək rayonunun Vayxır kəndinin ərazisində 1,5 hektar sahədə yeni meyvə bağı salınıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ekoloqlar bu əraziyə torpaq-iqlim şəraitinə uyğun müxtəlif 930 ədəd cəviz, badam, iydə, ərik və tut tinglərini əkiblər.
Yeni salınan meyvə bağının suvarılmasını təmin etmək məqsədilə müvafiq hazırlıq işləri görülüb, arxlar çəkilib. Ekoloji tədbirlərin qarşıdakı aylarda da davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu ilin payızında muxtar respublikada 265 hektarda yeni meyvə bağlarının, yaşıllıq zolaqlarının və meşəsalma işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Bunun 181 hektarı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin payına düşür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]