MƏDƏNİYYƏT


“Bacarıqlı əllər” rəsm dərnəyi yeni layihəyə başlayıb

Bakı, 12 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının tərkibində artıq uzun illərdir fəaliyyət göstərən “Bacarıqlı əllər” rəsm dərnəyi yeni layihəyə başlayıb. Belə ki, “Bacarıqlı əllər” rəsm dərnəyi həftə sonları rəssamlığın müxtəlif növləri üzrə master-klass dərsləri keçirəcək.

AZƏRTAC xəbər verir ki, artıq vitraj üzrə master-klass baş tutub. Məlumat üçün qeyd edək ki, vitraj şüşə üzərində müxtəlif ornament və ya süjetli dekorativ kompozisiyanın işlənməsidir. Uşaqlar tərəfindən böyük maraqla qarşılanan tədbirin əsas məqsədi onların mənəvi aləmlərinin zənginləşməsi, rəssamlığın müxtəlif növləri ilə tanışlığı və asudə vaxtlarının səmərəli keçirilməsidir. Bu kimi tədbirlər uşaqların gələcəyi üçün vacib amillərdən biridir.

Tədbirin sonunda uşaqların işlədikləri kompozisiyalar xatirə olaraq özlərinə hədiyyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.