CƏMİYYƏT


“Bacarıqlı gənclər” festivalı keçiriləcək

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM), Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) birgə təşkilatçılığı ilə BMT tərəfindən elan olunmuş Beynəlxalq Bacarıqlı Gənclər Günü münasibətilə iyulun 15-də “Bacarıqlı gənclər” inklüziv onlayn festival keçiriləcək.

AZƏRTAC xəbər verir ki, dünyanı bürüyən koronavirus pandemiyası dövründə gənclərin asudə vaxtlarını daha səmərəli və faydalı keçirmələri üçün təşkil ediləcək layihələrin davamı olaraq, bu festivalın da əsas məqsədlərindən biri istedadlı və bacarıqlı gənclərin daha böyük kütləyə tanıdılması, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək verilməsidir.

Onlayn formada keçiriləcək festivalda iştirak üçün müxtəlif könüllü hərəkatlarını təmsil edən gənclər öz istedadlarını əks etdirən qısa videolar göndərəcəklər. Seçilən videolar onlayn festival boyunca izləyicilərə nümayiş etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.