İQTİSADİYYAT


Badamdar qəsəbəsində Tofiq Məmmədov küçəsində aparılan təmir işləri yekunlaşır

Bakı, 26 sentyabr, AZƏRTAC

Vətəndaşların gediş-gəlişində, xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər Səbail rayonunu da əhatə edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 2022-ci ilin “İnvestisiya Proqramı”na əsasən rayonun Badamdar qəsəbəsində Tofiq Məmmədov küçəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir.

Məlumata əsasən 560 metr uzunluğa malik olan Tofiq Məmmədov küçəsinin eni ortalama 9,5 metr təşkil edir.

Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkilərinin bərpası, zəruri yerlərdə yenilərinin inşası, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri görülüb. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Layihənin sonuncu mərhələsində yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi və layihə hündürlüyünə qaldırılması işləri aparılacaq, avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yol-cizgi və yolgöstərici xətlər çəkilməklə müasir yol infrastrukturu yaradılıb istifadəyə veriləcək.

Qeyd olunub ki, 2021-ci ilin “İnvestisiya Proqramı”na əsasən Səbail rayonu üzrə ümumilikdə 9 kilometrə yaxın küçədə təmir işləri aparılıb. Cari ildə isə rayon üzrə ümumi uzunluğu 5 kilometr təşkil edən küçələrin təmiri işləri görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.