MƏDƏNİYYƏT


Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında bayram konserti olacaq

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 13-də Milli Qurtuluş Günü münasibətilə Səbail rayonu Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında rayon icra hakimiyyəti və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə bayram konserti keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan estradasının tanınmış ifaçılarının iştirak edəcəkləri konsertdə xalq mahnıları, Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndiriləcək.

Tədbir atəşfəşanlıqla başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.