CƏMİYYƏT


Badamdar sürüşmə sahəsində çatların ölçüsü genişlənib

Bakı, 17 oktyabr, AZƏRTAC

Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın üzvlərinin apardığı monitorinqin saat 15:00-a olan nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, sürüşmə sahəsində asılı vəziyyətdə qalan tikilinin altındakı torpaq qatı artıq uçqun vəziyyətindədir. Tikilinin hərəkət etmə ehtimalı var. Ərazidə müşahidə olunan xırda çatların ölçüləri nəzərəçarpacaq dərəcədə artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.