CƏMİYYƏT


Badamdar sürüşmə sahəsində ciddi dəyişiklik qeydə alınmayıb

Bakı, 26 noyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Badamdar sürüşmə zonasında monitorinqləri davam etdirirlər. Son tədqiqatların nəticəsinə əsasən ərazidə quraşdırılmış topoqrafik reperlər və mayaklarda ciddi dəyişiklik qeydə alınmayıb.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Ekspedisiya rəisi bildirib ki, sürüşmədən sonra asılı halda qalan torpaq kütlələrinin üzərində yağan yağış nəticəsində xırda uçqunlar baş verib. Bu da relyefin öz vəziyyətini bərpa etməsi üçün təbii proses hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.