CƏMİYYƏT


Badamdar sürüşmə sahəsində vəziyyət gərgin olaraq qalır

Bakı, 17 fevral, AZƏRTAC 

Badamdar sürüşmə sahəsində vəziyyət gərgin olaraq qalır. Buna baxmayaraq, ərazidə yeni aktivlik qeydə alınmayıb.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Sadiq Əmiraslanov məlumat verib.

Nazirliyin rəsmisi deyib: “Sürüşmə ərazisində gərginlik davam etdiyindən təbii və texnogen amillər prosesin aktivləşməsinə təsir edib. Nəticədə sürüşmə kütləsi üzərində olan təxminən 3x4 metr ölçüdə torpaq kütləsi qismən yerini dəyişib. Evlər sürüşmə sahəsindən kənarda olduğu üçün prosesin onlara təsiri yoxdur. Monitorinqlər davam etdirilir”.

Qeyd edək ki, fevralın 14-də Badamdar sürüşmə sahəsində aktivləşmə qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.