CƏMİYYƏT


Badamdar sürüşmə sahəsində vəziyyət sabitləşməyə doğru gedir

Bakı, 19 oktyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın üzvləri Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında müşahidələri davam etdirirlər. Aparılan monitorinqin saat 09:00-a olan nəticəsinə əsasən ərazidə ciddi dəyişiklik qeydə alınmayıb. Lakin təbii olaraq asılı halda qalmış torpaq qatlarında uçqunlar baş verir.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi, qərargah üzvü Əziz Qaralov məlumat verib.

Ekspedisiya rəisi bildirib ki, evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur. Vəziyyət sabitləşməyə doğru gedir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.