CƏMİYYƏT


Badamdardakı sürüşmə sahəsində quruntun yerdəyişməsi müşahidə edilir

Bakı, 21 oktyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın üzvləri Badamdar sürüşmə zonasında müşahidələr və monitorinqləri davam etdirirlər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılan araşdırmanın saat 15:00-a olan nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmənin yuxarı hissəsində kəsilmiş yamacda uçqun-töküntü prosesi və quruntun yerdəyişməsi müşahidə edilir. Sürüşmənin sağ və sol hissəsindəki mövcud çatlarda səhər saatları ilə müqayisədə genişlənmə qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.