İDMAN


Badminton üzrə Bakı birinciliyinə yekun vurulub

Bakı, 11 fevral, AZƏRTAC

Beş nömrəli Bakı Peşə Liseyində Azərbaycan Badminton Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə 2007-2008-ci il təvəllüdlü badmintonçular arasında paytaxt birinciliyinə yekun vurulub.

AZƏRTAC Azərbaycan Badminton Federasiyasının saytına istinadla xəbər verir ki, yarışda 34 qız və 40 oğlan birincilik uğrunda mübarizə aparıb.

Qaliblər 5 kateqoriya üzrə müəyyənləşib.

Oğlanların şəxsi yarışında Məhəmmədəli Bayramov, qızlar arasında isə Fatimə Əşrəfova birinci olublar. Oğlanların qoşa yarışında Sərxan Bağırov - Məhəmmədəli Bayramov, qızlarda isə Fatimə Əşrəfova-Aysu Ələkbərova bütün rəqiblərinə qalib gəliblər. Qarışıq qoşa yarışlarda isə Həcər Nuriyeva - Sərxan Bağırov cütlüyü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qaliblər hədiyyə, diplom və medallarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.