İDMAN


Badminton üzrə paytaxt birinciliyinin qalibləri müəyyənləşib

Bakı, 8 fevral, AZƏRTAC

Azərbaycan Badminton Federasiyası (ABF) ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə 2013-cü il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında keçirilən paytaxt birinciliyinə yekun vurulub.

ABF-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 1 nömrəli idman liseyində keçirilən yarışda 34 oğlan və 21 qız badmintonçu 5 kateqoriya üzrə mübarizə aparıb.

Fərdi yarışlarda Məhəmməd Hacıyev və Ayla Abdullayeva birinci olublar. Məhəmməd Hacıyev-Eldəniz Novruzov, Mədinə Musayeva-Duyğu Mustafalı qoşa, Mədinə Musayeva-Məhəmməd Hacıyev qarışıq qoşa yarışlarda bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.