İDMAN


Badmintonçumuz Avropa çempionatında mübarizəyə başlayır

Bakı, 28 aprel, AZƏRTAC

Aprelin 28-də badminton üzrə milli komandamızın üzvü Edi Reski Dviçayo Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avropa çempionatında birinci görüşünə çıxacaq.

AZƏRTAC xəbər verir ki, mübarizəyə onaltıdabir final mərhələsindən qoşulacaq badmintonçumuzun rəqibi müəyyənləşib. Edi qitə çempionatında birinci görüşünü 1/32 finalda moldovalı Kristian Savin üzərində inamlı qələbə (21-10, 21-8) qazanan Niderland təmsilçisi Yoran Kvikelə qarşı keçirəcək.

Qeyd edək ki, turnirdə 39 kişi və 40 qadın badmintonçu iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.