İDMAN


Badmintonçumuz “Jamaica International 2019” turnirində iştirak edib

Bakı, 11 mart, AZƏRTAC

Yamaykanın paytaxtı Kinqston şəhərində “Jamaica International 2019” turnirinə yekun vurulub.

AZƏRTAC Azərbaycan Badminton Federasiyasına istinadla xəbər verir ki, “İnternational Series” kateqoriyalı turnirdə badmintonçumuz Ezmi Qovimuramadhoni də iştirak edib. Turnirə əsas mərhələdən start verən badmintonçumuz onaltıdabir finalda Aleksandr Biançinini 2:0 (21-15,21-18) hesabı ilə məğlub edib. Ezmi səkkizdəbir finalda turnirin 1 nömrəli reytinq favoriti, “Jamaica International 2019” yarışının finalına kimi irəliləyən Qvatemala idmançısı Kevin Kordona 0:2 (13-21,14-21) hesabı ilə uduzub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.