MƏDƏNİYYƏT


Bağater Arabulinin “Gündüz yuxuları” Azərbaycan dilində

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – tanınmış gürcü şairi Bağater Arabulinin “Gündüz yuxuları” şeirlər kitabı işıq üzü görüb.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, gürcü poeziyasının parlaq nümunələrini əks etdirən kitaba şairin lirik etüd, fraq-mentlər, mənzum hekayə və pritça üslubunda qələmə aldığı şeirləri daxil edilib.

Əsərləri Azərbaycanda ilk dəfə nəşr olunan şairin şeirlər toplusunu dilimizə şair-tərcüməçi Allahverdi Təkləli çevirib.

Kitabın redaktorları Etimad Başkeçid və Salam Sarvandır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.