QAN YADDAŞI


Bağdad Amreyev: Türk dünyası olaraq Azərbaycanla çiyin-çiyinə durmağa davam edirik

İstanbul, 25 fevral, AZƏRTAC

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, məlumatda 29 il əvvəl Birinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda bir gecədə yaşlı, qadın, uşaq və körpələrin də olduğu günahsız insanların qətlə yetirildiyi bildirilib.

Qeyd edilib ki, bu məlum hadisə zamanı minlərlə insan yaralanıb və girov götürülüb, Xocalı qəsəbəsi tamamilə yox edilib: “Bütün dünyanın da şahid olduğu kimi, ədalət öz yerini tutdu və qardaş Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi uğrunda qanuni mübarizəsi zəfərlə nəticələndi. Bu zəfər bütün türk dünyası üçün bir qürur və sevinc qaynağına çevrilib. Şübhəsiz ki, Xocalının acı dolu xatirəsi ilk günkü kimi azərbaycanlı qardaşlarımızın qəlbində yaşayır. Bu vəsilə ilə Türk Şurası olaraq biz də Xocalı soyqırımı qurbanlarının xatirəsini hörmətlə yad edir, Azərbaycan xalqı və dövlətinə baş sağlığı diləyir və türk dünyası olaraq Azərbaycanla çiyin-çiyinə durmağa davam edirik”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.