SİYASƏT
Bağdad Amreyev: Üzv dövlətlər arasında media sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır VİDEO
Bakı, 10 aprel, AZƏRTAC
Bu gün media sahəsində əməkdaşlıq Türk Şurasında ən önəmli mövzulardan biridir. Üzv dövlətlərimiz arasında media sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev aprelin 10-da Bakıda keçirilən Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında deyib.
Torpaqlarının azad edilməsi münasibətilə Azərbaycanı təbrik edən Baş katib bildirib ki, türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq.
“Çox şadıq ki, Azərbaycan torpaqlarını işğaldan azad etdi. Biz türk dövlətləri olaraq Azərbaycanla həmrəyliyimizi ifadə edirik”, - deyən B.Amreyev əlavə edib ki, türkdilli dövlətlər, eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında Azərbaycanın yanında olacaq və əlindən gələn dəstəyi göstərəcək.