DÜNYA


Bağdad raket zərbəsinə məruz qalıb

Tehran, 5 iyul, AZƏRTAC

Ötən gecə İraqın paytaxtı Bağdadın “Yaşıl vadi” adlanan bölgəsi raket atəşinə tutulub.

AZƏRTAC İraq mətbuatına istinadla xəbər verir ki, raket zərbəsi nəticəsində insan tələfatı olmasa da bölgədəki bəzi diplomatik nümayəndəliklərin binalarında dağıntılar əmələ gəlib.

Maraqlı məqam ondan ibarətdir ki, Bağdad şəhərinin bu hissəsi yanvar ayından başlayaraq bir neçə dəfə raket zərbəsinə məruz qalıb. Bunu nəzərə alan ABŞ hərbçiləri xarici ölkə səfirliklərinin yerləşdiyi “Yaşıl vadi” adlanan ərazini mühafizə etmək üçün “Patriot” hava hücumundan müdafiə sistemi quraşdırmışdılar. Lakin “Patriot” ötən gecə atılan raketi zərərsizləşdirə bilməyib.

Təlimata əsasən raket müdafiə olunan ərazinin üzərində olan zaman radarlar onun hərəkət trayektoriyasını müəyyən edib mərkəzə məlumat ötürməli, mərkəz isə qarşılıqlı atəş ilə raketi havada zərərsizləşdirməli və yerə düşməsinə imkan verməməlidir. Lakin ötən gecə bu mexanizm işə düşməyib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.