DÜNYA


Bağdad yaxınlığında törədilən partlayış nəticəsində 20 nəfər ölüb

Bakı, 7 iyun, AZƏRTAC

Bağdad yaxınlığında törədilən partlayış nəticəsində 20 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Bu barədə “Ayn Al Iraq News” portalı məlumat yayıb.

AZƏRTAC TASS İnformasiya Agentliyinə istinadla xəbər verir ki, Bağdad Təhlükəsizlik Qüvvələri İnformasiya Mərkəzinin məlumatına görə, partlayış nəticəsində 14 yaşayış evi tamamilə dağılıb. Onların qalıqları altında insanlar ola bilər. Hadisə yerinə xilasedicilər və təcili yardım briqadaları cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.