DÜNYA


Bağdadda naməlum silahlılar nümayişçilərə atəş açıb, 25 nəfər həlak olub

Bakı, 7 dekabr, AZƏRTAC

Cümə günü axşam saatlarında Bağdadda silahlı şəxslərin nümayişçiləri atəşə tutması nəticəsində azı 25 nəfər həlak olub, 130 nəfərdən çox insan yaralanıb.

AZƏRTAC Al Arabiya telekanalına istinadla xəbər verir ki, bir qrup silahlı şəxs maşınlarda Əl-Xilyani meydanına gələrək, oradakı nümayişçilərə atəş açmağa başlayıb. Atəş bir neçə saat davam edib. Bu təxribatın arxasında kimin dayandığı indiyədək müəyyənləşməyib. Etirazçılara qarşı silah işlətməkdə dəfələrlə ittiham olunan güc strukturlarının bunda əli olmadığı bildirilir.

Telekanal qeyd edir ki, bu hücum İraqda oktyabrın 1-dən başlayan etiraz aksiyalarında ən qanlı hadisələrdən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.