CƏMİYYƏT


Bağırsaq sağlamlığı üçün düzgün qidalanma vacibdir

Bağırsaq sağlamlığı üçün düzgün qidalanma vacibdir

Bakı, 30 noyabr, AZƏRTAC

Bağırsaqların sağlamlığını qorumaq üçün qeyri-sağlam və balanssız qidalanmadan uzaq durmaq lazımdır.

AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, düzgün qidalanma üzrə mütəxəssislər immunitet funksiyasında əsas rol oynayan ağ qan hüceyrələrinin 70 faizinin bağırsaqda olduğunu vurğulayıb. Orqanizmi müxtəlif xəstəliklərdən qorumaq üçün həkimlər gündəlik qidalanmanın bir neçə sadə qaydasına riayət etməyi tövsiyə edirlər.

Mütəxəssislər qida rasionunda bitki mənşəli qidalardan çox istifadə edənlərin bağırsaq mikrobiomunun bu qidalardan az qəbul edənlərə nisbətən əhəmiyyətli dərəcədə yaxşı olduğunu müəyyən edib. Bitkilərdə çoxlu lif və vitaminlər var. Bu da orqanizm üçün faydalı mikrobların sayını artırır.

Probiotiklər güclü antimikrob aktivliyə malikdir. Bu səbəbdən bağırsaq divarının funksiyasını yaxşılaşdırır və bağırsağın immun hüceyrələrinə müsbət təsir göstərir. Qatıq, kefir və tərəvəzlər probiotiklərlə zəngindir. Həkimlər onları gündə bir neçə dəfə qidaya daxil etməyin vacib olduğunu vurğulayır. Eyni zamanda, prebiotiklər bağırsaqlarda faydalı bakteriyaları qidalandırır və iltihab əleyhinə təsir göstərir.

Fastfud qidalar bağırsaqların fəaliyyətini pisləşdirir, həmçinin metan istehsalında iştirak edən bakteriyaların sayını artırır. Bu da həzm traktını ləngidir və kiçik bağırsaq bakteriyasının çoxalmasına (SIBO) səbəb ola bilir.

Spirtli içkilər və süni dadlandırıcıların müntəzəm istifadəsi bağırsaq iltihabına səbəb olur və bağırsaq mikrobiotasının tərkibinə və fəaliyyətinə mənfi təsir göstərir.

Qeyd edək ki, sağlam və düzgün qidalanma, siqaret, alkoqollu içkilərdən uzaq durmaq, bağırsaqlarda mövcud olan faydalı bakteriyaların sayını artırır. Beləliklə, inkişaf edən sağlam bağırsaq florası xəstəliklərə qarşı daha güclü olur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.