İQTİSADİYYAT


Bağlanmış banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyasına başlanılır

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan banklara kredit borcları restrukturizasiya olunacaq şəxslərə müraciət edib.

ADIF-dan AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin 2019-cu il 28 fevral tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın icrasının təmin edilməsi məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğvetməsində olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələri qəbul edilir.

Ləğv prosesində olan "Bank Standard" KB, "Texnikabank" ASC, "Dəmirbank" ASC, "Dekabank" ASC, "Yunayted Kredit Bank" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, "Kredobank" ASC, "Atrabank" ASC, "Zaminbank" ASC, "Bank of Azerbaijan" ASC, "Royalbank" ASC, "Gəncəbank" ASC, "Azərbaycan Kredit Bankı" ASC, "Evrobank" ASC, "Birlikbank" ASC, "Debütbank" ASC və "Borçalı" KB-nin müştəriləri ləğv prosesində olan "Dəmirbank" ASC-nin Bakı şəhəri, Qarabağ küçəsi, 31 ünvanında yerləşən "Əməliyyat İdarəsi" filialına vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.