SİYASƏT


Bahar Muradova: Azərbaycan multikultural dəyərlərinə görə dünyada nümunə olan bir ölkədir

Bakı, 12 aprel, AZƏRTAC

Ərazi iddialarına, iqtisadi, hərbi maraqlara, etnik bölgüyə əsaslanan siyasət dünyanı təhdid edir. İnsanlığı kataklizmə sürükləyən çağırışlar, təhdidlər var. Azərbaycan bu çağırışların qarşısına İslam həmrəyliyinin, multikultural dəyərlərin təbliği, dini, etnik, milli dözümlülük, bir ərazini bölüşən müxtəlif xalqların və millətlərin nümayəndələrinə, onların mədəniyyətlərinə hörmətlə çıxır. Azərbaycanın dünyaya verdiyi çağırışların mahiyyətində bunlar dayanır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova Bakıda keçirilən “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda beynəlxalq konfransda söyləyib.

“Azərbaycan o ölkələrdəndir ki, onun milli, dini və etnik münasibətləri tənzimləyən qanunları bu ərazidə yaşayan xalqların və millətlərin minilliklər ərzində formalaşmış münasibətlərinə, birgəyaşayış qaydalarına və onlar arasındakı harmoniyaya əsaslanır. Bu, bizə kənardan gəlmə, yad fikir deyil, bu, bizim həyat tərzimizdir, özümüzü ifadə formamızdır. Ona görə, Azərbaycan bu gün çox böyük qətiyyətlə və uca səslə multikultural dəyərlərə görə nümunə olan bir ölkə kimi, eyni zamanda, İslam həmrəyliyi mövzusunu, İslam həmrəyliyi çağırışını irəli sürə bilir”, - deyə Bahar Muradova qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.