CƏMİYYƏT


Bahar Muradova: Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri narkomaniya ilə mübarizədir

Bakı, 6 iyul, AZƏRTAC

Bəşəriyyət üçün təhlükəli problem olan narkomaniya ciddi narahatlıq doğurur. Onun genişlənməsinin qarşısının alınması çox mühüm məsələdir.

Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri narkomaniya ilə mübarizədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iyulun 6-da yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə ilə bağlı analitik hesabatın təqdimatı zamanı deyib.

Komitə sədri bildirib ki, BMT-nin hesabatına görə 2021-ci ildə 225 milyon insan narkotiklərdən istifadə edib. 100 min insan bu bəla nəticəsində həyatını itirib. Ötən il ölkəmizdə narkotiklərlərdən istifadə üzrə qeydiyyatda 34 min 602 nəfər olub. Bunlardan 566-sı qadın, 14 nəfəri isə yetkinlik yaşına çatmayanlar olub.

“Narkomaniya ilə mübarizə istiqamətində ölkəmizdə dövlət proqramları və müxtəlif layihələr həyata keçirilir. Dövlət komitəsi bu istiqamətdə üzərinə düşən işi məsuliyyətlə görməyə çalışır. Ötən il narkotiklərdən istifadəyə qarşı ümumilikdə 84 təlim keçirilib. Əsas məqsədimiz yetkinlik yaşına çatmayanları bu bəladan uzaqlaşdırmaqdır”, - deyə Bahar Muradova qeyd edib.

O vurğulayıb ki, narkomaniya ilə mübarizədə təkcə dövlətin deyil, qurumların, cəmiyyətin bir yerdə, yəni kompleks şəkildə işləməsi daha məqsədəuyğundur. Komitə sədri gəncləri bu zərərli vərdişlərdən uzaq olmağa çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.