CƏMİYYƏT


Bahar Muradova: Bu təşəbbüs torpağımızın yaşıllaşmasına, ekologiyanın sağlamlaşmasına çox böyük töhfədir VİDEO

Bakı, 6 dekabr, AZƏRTAC

Dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə Yeni Azərbaycan Partiyası da qoşulub. Bu, olduqca önəmli təşəbbüsdür, torpağımızın yaşıllaşmasına, ekologiyanın sağlamlaşmasına çox böyük töhfədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis Sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova jurnalistlərə bildirib.

İnsanların bu təşəbbüsə kütləvi şəkildə qoşulmasını vətəndaş birliyinə, dövlətə, xalqa, onun maraqlarına olan münasibət kimi dəyərləndirən Bahar Muradova deyib: “Hesab edirəm ki, bu əsasda yaranan münasibətlər, bu əsasda formalaşan sabitlik, vətəndaş birliyi Azərbaycan dövlətinin maraqlarına çox vacib bir töhfədir və özlüyündə bu, həm də Yeni Azərbaycan Partiyasının bir dəstəyidir. YAP yarandığı vaxtdan bu günə kimi hər zaman belə aksiyaların təşəbbüskarı və iştirakçısı kimi çıxış edib. Bu gün də hamımız bir yerdəyik, çox gözəl əhval-ruhiyyəmiz var. Hesab edirəm ki, bu genişmiqyaslı kampaniyada fəal iştirak edəcəyik. Ölkəmizə, xalqımıza “Uğurlu olsun!” deyirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.