Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bahar Muradova: Dünyada yeni yaranan münaqişələr köhnələri unutdurur VİDEO

Bakı, 26 noyabr, Aygün Həsənova, AZƏRTAC

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Bahar xanım, yenidən deputat seçilməyiniz münasibətilə Sizi təbrik edirik.

- Təşəkkür edirəm, çox sağ olun.

- Siz həm də yenidən parlamentin sədr müavini seçildiniz, eyni zamanda "İnsan hüquqları komitəsinə" də rəhbərlik edəcəksiniz. Bu vəzifələrdə hansı yenilikləri planlaşdırırsınız? Ümumiyyətlə seçki prosesini necə dəyərləndirərdiniz?

- Artıq beşinci çağırış Milli Məclis öz işinə başlamaq imkanına malikdir, yəni rəhbərlik formalaşıb. İndi yeni komissiyaların və beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərimizin tərkibi müəyyənləşdirilməlidir. Növbəti iclasda bu məsələlərə baxacağıq və bundan sonra biz tam tərkibdə qarşıdakı dövr üçün yeni vəzifələrimizin icrasına başlayacağıq.

Prezident İlham Əliyev Milli Məclisin ilk iclasında söylədiyi nitqində ümumilikdə ölkəmiz, dövlətimiz, onun qarşısında duran hədəflər, o cümlədən bu hədəflərə yetişməkdə parlamentin yeri və rolu, tuta biləcəyi mövqe və qarşıda dayanan vəzifələrlə bağlı çox ciddi tövsiyələrini verdi. Bu, artıq bir ənənədir. Hər çağırış Milli Məclisin ilk iclasında ölkə Prezidenti iştirak edir, nitq söyləyir, ölkədə və xaricdə gedən prosesləri dəyərləndirir, parlament diplomatiyasının və üzvlərinin qarşısında dayanan vəzifələr barədə fikirlərini bölüşür. Bu da işlərimizi düzgün müəyyənləşdirmək və hakimiyyətin digər qolları ilə əlaqələrimizi koordinasiya etmək baxımından çox vacib əhəmiyyət kəsb edir.

Seçki kampaniyası ərzində deputatlığa namizədlər çox geniş iş apardılar. Bu seçkilər alternativ əsasda, sağlam rəqabət şəraitində keçdi. Biz seçicilərlə çoxsaylı görüşlər keçirdik, seçicilərin istək və arzuları ilə tanış olduq. Onlar parlamentin bu günə qədərki fəaliyyətinin necə dəyərləndirirlər, gələcəkdə hansı istiqamətlərdə hansı dəyişiklikləri görmək istəyirlər, nələrə diqqət yetirməyimizi vacib hesab edirlər? Seçicilərimiz bu məsələlərlə bağlı fikirlərini çox fəal şəkildə bölüşdülər. Qarşımıza çox ciddi tapşırıq və vəzifələr qoydular.

Biz qanunvericilik təşəbbüsü olan subyektlərin qaldırdığı məsələlərə parlamentdə baxacaq, onları əvvəlcə komitələrdə, işçi qruplarında müzakirəyə çıxaracaq, daha sonra plenar iclaslara tövsiyə edəcəyik. Gördüyünüz kimi, qarşımızda çox geniş spektrli vəzifələr dayanır. Bu, ümumi yanaşmadır.

İndi dünyada, o cümlədən Azərbaycanda çox ciddi proseslər gedir. Azərbaycan dünya ictimaiyyəti və birliyinin vacib bir üzvü kimi bu proseslərdən kənarda qala bilməz. Ona da öz münasibətini bildirməli, mövqeyini müəyyənləşdirməli və fəaliyyətini qurmalıdır. Bu istiqamətdə də çox ciddi planlarımız var.

Seçki kampaniyasından sonra hər kəs bizdən yeni baxış gözləyir. Amma Azərbaycanda belə bir ənənə də formalaşıb ki, biz bütün siyasi addımlarımızda varislik prinsiplərinə, məqsədyönlü fəaliyyətə üstünlük veririk. Odur ki, fəaliyyətimizin davamı elə bu yöndə olacaq.

Müasir dünya çox ciddi təhdidlər və ağır problemlər qarşısındadır. Bu təhdidlər bizi də hədələyir. Sərhədlərimizə yaxın və uzaq bölgələrdə baş verın proseslər bizə də öz təsirini göstərir. Ona görə də parlament diplomatiyasını daha geniş şəkildə işə salmalıyıq. Azərbaycanın nailiyyətləri, uğurları və örnək ola bilən ənənələri dünya ictimaiyyətinin, dünya parlamentlərinin və beynəlxalq təşkilatların diqqətinə çatdırılmalıdır. Biz hazırkı ağır və çətin dönəmdən dünyanı xilas etmək üçün üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Odur ki, belə mürəkkəb proseslərin fonunda insan haqları məsələsi əlbəttə, çox vacib əhəmiyyət kəsb edir. Bu həm dünyada, həm də Azərbaycanda bütün proseslərin mərkəzində dayanan problemdir. Odur ki, bu məsələlər ətrafında da ciddi müzakirələrin olacağını indidən təxmin etmək mümkündür.

Ölkədə gedən dəyişikliklər, dövlətimizin başçısının başladığı çox ciddi institusional islahatlar, inzibati tədbirlər, bizi narahat edən məsələlərlə əlaqədar bəzi maraqlı dairələrin neqativ fəaliyyətinin nəticələri və onları aradan qaldırmaq istiqamətində göstərilən səylərə cəmiyyətdə münasibət birmənalı deyil. Müxtəlif fikirlər səslənir.

Görülən bütün işlərin, aparılan siyasətin mərkəzində insan amili dayanır. İnsanın rifahı, onun rahat yaşayışı, hüquqlarının tam şəkildə təmin olunması, öz imkanlarını cəmiyyət həyatında daha rahat, daha düzgün və maneəsiz reallaşdırması imkanları əldə etməsini davamlı şəkildə aparmaq lazımdır. Odur ki, insan haqları məsələsi getdikcə daha ciddi önəm kəsb edir. Biz hansı məsuliyyətli vəzifəni yerinə yetirməli olduğumuzu dərk edirik. Bütün bu məsələlərə parlament ölçüsündə baxış bucağından yanaşaraq öz vəzifələrimizi müəyyən edəcəyik.

Milli Məclisin qarşıdakı illər üçün qanunvericilik planına insan hüquqları komitəsində baxılacaq. Müzakirə olunacaq məsələlər və problemlərin çərçivəsini müəyyənləşdirəcək, yaxın zamanlarda, ümumilikdə, hansı məsələlərə baxacağımızı konkret olaraq ortaya qoya biləcəyik. Hər gün, hər an öz diktəsini edir. Qanunvericilik təşəbbüsü subyektlərindən də komitəyə təkliflər daxil olacaq. Təkliflər hərtərəfli öyrənildikdən sonra konkret hansı məsələlərə baxacağımızı müəyyən edə biləcəyik. Amma insan hüquqları elə bir məsələdir ki, onun daim yeni çalarları meydana çıxır. Ona görə də qarşıdakı dövrdə konkret olaraq hansı məsələlərə baxacağımızı bəri başdan demək mümkün deyil. Bu məsələ daim diqqət mərkəzində olacaq.

- Bu gün siyasətdə böyük imicə malik insanlardan birisiniz. Deyirlər ki, siyasət insanı dəyişir. Siyasətə gəlişinizdən ötən müddətdə özünüzdə hansısa dəyişiklik hiss edirsinizmi?

- Həyat bir yerdə dayanmır, daim inkişafdadır. Özü ilə birlikdə bizi də dəyişir, irəliyə aparır. Kimlərsə həyatın sınağından yaxşı çıxır, kimlərsə bir çoxları üçün tanınmaz vəziyyətə düşür. Təəssüf ki, belə hallar olur. Prezident İlham Əliyevin təbirincə desək, belə halların olması da insanlar üçün bir stress rolunu oynayır. İnsanlar da bu kimi hallardan nəticə çıxarmalıdırlar. Həyat, onun zövqləri, tələbatı, qarşımızda açdığı geniş spektrli yollar, bizi özümüzdən, varlığımızdan uzaqlaşdırmamalıdır. Biz ən əvvəl insani, mənəvi dəyərlərimizə, adət-ənənələrin və qanunlarımızın müəyyən etdiyi çərçivəyə sığışmağa çalışmalıyıq. Əlbəttə hər bir insan bu çərçivəni daxili aləminin ona göstərdiyi şəkildə müəyyən edir. Amma bəzən xarici təsirlər də ciddi rol oynayır. Mən hər zaman çalışmışam ki, bütün bu söylədiyim meyarlar əsasında daxili mənəviyyatımın, hissiyyatımın, düşüncəmin tələb etdiyi çərçivəni ətrafımda baş verən reallıqlarla uzlaşdıra bilim. Əgər o çərçivələri uzlaşdırmaq, uyğunlaşdırmaq mümkün olursa, insan elə bütün dövrlərdə hamı üçün insan olaraq qalır. Mənim üçün meyar budur.

- Dünyada geosiyasi vəziyyət getdikcə gərginləşir, konfliktlər daha da şiddətlənir və artır. Bu ağır fon Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edə bilər?

- Dünyada hadisələr bir-birini o qədər sürətlə əvəz edir ki, konkret dövr üçün proqnoz vermək çox çətindir. Biz dəfələrlə Dağlıq Qarabağ probleminin həlli üçün gözəl imkanların yarandığını vurğulamışıq. Müsbət nəticələr gözləmişik. Amma fakt ondan ibarətdir ki, bütün bunlar nəticəsiz, səmərəsiz olub. Bəzi hallarda illüziyalar olub. Bütün bu proseslərin, Dağlıq Qarabağ məsələsinin ölü nöqtədən tərpənməyinə imkan verməyən yeganə səbəb Ermənistanın qeyri-konstruktiv mövqeyi, təcavüzkar siyasət yeritməsi, özünün ambisiyalarını bütün meyarlardan, beynəlxalq hüququn prinsiplərindən üstün tutması, dünya ictimaiyyətinə, onun mövqeyinə, fikrinə hörmət etməməsi və nəzərə almamasıdır. Ermənistan bu mövqeyini davam etdirir və dəyişmək istəmir. Çünki dəyişmək Ermənistandakı bir çox siyasi dairələr və rəsmilər üçün ölümə bərabərdir. Düşünürlər ki, bu mövqedə dəyişiklik onların ümumiyyətlə siyasətdən getməsini tezləşdirəcək. Ona görə də heç bir konstruktiv mövqedən çıxış etmirlər.

Əvvəllər düşünürdük ki, yeni yaranmış konfliktlər köhnə konfliktlərə də diqqəti artıracaq. Amma getdikcə daha aydın şəkildə görürük ki, yeni yaranan konfliktlər köhnələri unutdurur. İndiki vəziyyətdə də, hesab edirəm ki, belə bir durumu yaşamaqdayıq. Amma bununla belə, Azərbaycanın beynəlxalq aləmdə apardığı fəal siyasət bu məsələni gündəmdən düşməyə qoymur. Bilirsiniz ki, Prezidentimiz, rəsmi diplomatiyamız bütün uyğun məqamlarda bu məsələni dünya ictimaiyyətinin diqqətinə çatdırır və siyasətimizin hədəfində bu problemin həlli dayanır.

Prosesdə müəyyən qədər fəaliyyət, hərəkət var. Bu, siyasi fəaliyyət, müzakirələr, danışıqlar prosesinin davam etməsi ilə yanaşı, qarşımızda ölkənin iqtisadi və hərbi qüdrətini artırmaq vəzifəsi də qoyur. Biz getdikcə daha çox əmin olmağa başlayırıq ki, gücümüz artırmaqla bu problemi həll edə bilərik. Ona görə də indiki beynəlxalq maliyyə və iqtisadi böhran şəraitində ölkənin hərbi və iqtisadi qüdrətini artırmaq nə qədər çətin olsa da, biz buna qatlaşmalı və respublikamızı daha güclü, iradəli, qətiyyətli etmək istiqamətində səyləri davam etdirməliyik. Hesab edirəm ki, yalnız bu halda məsələni ölü nöqtədən tərpədə bilərik.

- Yeni parlament Avropa strukturları ilə münasibətləri hansı istiqamətdə davam etdirəcək?

- Bilirsiniz ki, bu məsələ də dövlətimizin başçısının nitqində öz əksini tapdı. Prezidentimiz bütün məqamları incəliyi ilə açıqladı. Ona görə bu məsələ bizim üçün tam aydındır. Biz üzv olduğumuz beynəlxalq təşkilatlarla münasibətlərə çox ciddi əhəmiyyət veririk. Bu təşkilatların qarşısında olan öhdəliklərimizi ardıcıl yerinə yetiririk. Belə bir mövqeyin onlar tərəfindən də nümayiş olunmasını açıq və cəsarətli şəkildə ortaya qoyuruq. Üzvü olmadığımız təşkilatlar qarşısında isə heç bir öhdəliyimiz yoxdur. Biz bu təşkilatlarla yalnız beynəlxalq hüququn prinsiplərinə uyğun ikitərəfli münasibətlərə, əməkdaşlığa üstünlük veririk. Əgər Azərbaycanın mövcud imkanlarını, onun siyasi mövqeyini və məsələlərə yanaşmasını doğru sayıb bizimlə əməkdaşlıq etmək istəyən ölkələr, beynəlxalq təşkilatlar necə davranacaqlarsa, biz də buna uyğun hərəkət edəcəyik. Yox, əgər bu və ya digər təhdidlər, hədələr, təzyiqlər yolu ilə, bizi öz planlarında icraedici funksiyada görmək istəyəcəklərsə, bununla barışmayacağıq. Buna qədər olan fəaliyyətimizdə də bilirsiniz ki, məhz belə mövqe ortaya qoymuşuq. Beynəlxalq təşkilatlara və ayrı-ayrı dövlətlərə də bizimlə bu tonda danışmağın əməkdaşlığa zərər vurduğunu bildirmişik. Bundan sonra da bu siyasəti davam etdirəcəyik.

Biz Avropa ölkələri, eləcə də inkişaf etmiş böyük dövlətlərlə, çoxillik demokratik ənənəsi olan ölkələrlə yalnız qarşılıqlı əməkdaşlığa söykənən münasibətlər qurmağa üstünlük veririk. Beynəlxalq hüququn prinsiplərindən və meyarlarından çıxış edirik. Hesab edirəm ki, doğru yoldayıq. Bu yoldan dönməməyimizin nəticələrini də, bəhrələrini də artıq hiss etməkdəyik və mövqeyimizdə qətiyyətliyik. Biz parlamentin fəaliyyətində də yalnız bu meyarları əsas tutacağıq.

- Bahar xanım, siyasi elmlər üzrə fəlsəfə doktorusunuz. Elmi işlə məşğul olmağa vaxtınız qalırmı?

- Elm özündə həm nəzəri, həm də praktiki məsələləri birləşdirir. Yalnız bu vəhdətdə yanaşanda ortaya yenilik, yeni bir fikir qoymaq olar. Bilirsiniz ki, mən uzun illər ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi fəaliyyət göstərirəm. Bu, çox gözəl və eyni zamanda unikal bir təcrübədir. Bu illər ərzində bir çox maraqlı, diqqətçəkən məqamlarla üzləşmişəm, eyni zamanda, bir-birinə zidd, bir-birini tamamlayan, bəzi hallarda, bir-birinin davamı olan prosesləri müşahidə etmişəm. Bütün bunlar mənim üçün böyük maraq kəsb edirdi. Əlbəttə, Azərbaycan Dağlıq Qarabağ məsələsində ATƏT-lə çox ciddi əməkdaşlıq etdiyinə görə, hesab edirdim ki, bu prosesdəki məsələlərin elmə gətirilməsinə ehtiyac var.

Şəxsi düşüncələrim, bu illər ərzində rastlaşdığım məsələlər, ünsiyyətdə olduğum insanların fikirləri və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in fəaliyyəti, həmsədr ölkələrin mövqeləri, irəli sürülən həll variantları, mövcud durum, bu həll variantlarına münaqişədə olan ölkələrin fərqli münasibətləri və mövqeləri çox maraqlı idi.

ATƏT-in bu məsələdə rolu nədən ibarətdir? O, bu günə qədər nəyə nail olub? Nələr edə bilərdi, nələr etməyib? Hansı imkanları var və bu imkanları necə səfərbər edərək məsələnin həllinə yönəltmək olar? Bununla bağlı xeyli maraqlı fikirlər var idi və onları bir araya gətirməyə ehtiyac duydum. Elə elmi işim də ATƏT-in Dağlıq Qarabağ məsələsinin həllindəki roluna həsr olunmuşdu. Həmkarlarım sağ olsun ki, məni bu işə həvəsləndirdilər və təcrübədə rastlaşdığım məsələləri bir elmi işə çevirə bildim, müdafiə də etdim. İndi siyasi elmlər üzrə fəlsəfə doktoruyam. Bu iş yenə böyük maraq kəsb edir. Mən çox arzulayardım ki, bu məsələ həllini tapsın və elmi cəhətdən təhlil olunsun. Çoxsaylı təhqiqat işləri aparılsın, doktorluq işləri müdafiə olunsun, biri üzərində də mən işləyim. Əlbəttə, bu, arzudur. İlk növbədə isə biz problemi həll etməliyik. Elmin bu məsələyə münasibətinin ortaya qoyulmasının çox ciddi əhəmiyyəti var. Bilirsiniz ki, Azərbaycanda bununla bağlı bir çox elmi tədqiqatlar aparılıb, sanballı elmi nəticələr əldə olunub. Əgər münaqişənin həlinə cəlb olunmuş vasitəçi ölkələr və onların nümayəndələri bu elmi nəticələri də dövriyyəyə gətirə bilsələr, onlardan bir ideya, istiqamət kimi istifadə etsələr, zənnimcə bu işə müəyyən qədər töhfə vermiş olarlar.

- Bahar Muradovanın hansı həyati prinsiplərlə işlədiyi və yaşadığı da maraqlıdır...

- Mənim özümə məxsus qeyri-adi bir prinsipim yoxdur. Hamı kimi adi insanam və bu həyatdan çox şey gözləyirəm. İmkanlarım daxilində ölkəm, xalqım üçün faydalı fəaliyyət göstərmək istəyirəm. Əlbəttə ki, burada insanın fərdi keyfiyyətləri və elmi-nəzəri bilikləri, təcrübəsi, hüquqi təfəkkürü və vətəndaşlıq mövqeyi çox böyük rol oynayır. Bunların doğru-düzgün çərçivədə olması üçün bir meyar ilə - vətənpərvərlik mövqeyindən yanaşmaq lazımdır. Öz xalqına, dövlətinə, onun maraqlarına ürək yanğısı ilə yanaşmaq lazımdır. Hər halda mən bütün məsələlərə bu cür yanaşıram. Əgər orada mənim verə biləcəyim bir töhfə, görə biləcəyim bir iş varsa, təklif gözləmədən onun qulpundan yapışmağa cəhd göstərirəm.

Bu, bəlkə də bir fərd olaraq uğurumdur ki, məni əhatə edənlər, bir yerdə işlədiyim, bir partiyada ünsiyyətdə olduğum insanlar çox qayğıkeş, demokratik, çox loyaldırlar. Bir qadının müəyyən fəaliyyət istiqaməti götürməsi, siyasəti seçməsi, bu sahədə uğur qazanması üçün illər ərzində çox böyük diqqət gördüyümü vurğulamaq istəyirəm. Mən aşağı vəzifəli şəxslərdən tutmuş, Prezidentə qədər dəstək, qayğı, himayə və hörmət görmüşəm. Bunun müqabilində, mənim borcum, vəzifəm odur ki, bu imkanlardan istifadə edərək, bir Azərbaycan qadını olaraq, ölkəmin, xalqımın həyatında fəal iştirak edim. Ölkəmiz üçün çox vacib olan bir məqamda müstəqil dövlət quruculuğu prosesinə, azacıq da olsa, öz töhfəmi verim. Əgər məqsədimə nail ola bilmişəmsə, bu, təkcə mənim uğurum deyil, üzvü olduğum Yeni Azərbaycan Partiyasının, mənə dəstək verən insanların, mənimlə birlikdə müxtəlif kollektivlərdə işləyən dostlarımın, yoldaşlarımın uğuru, ümumi işin nəticəsidir. Deputat seçilməyimə gəldikdə, bu, mənə etimad göstərən siyasi partiyanın, partiyanın rəhbəri Prezident İlham Əliyevin, mənə səs verən seçicilərin, Yeni Azərbaycan Partiyasına, onun tutduğu yola inanıb və mənim timsalımda buna dəstək verən insanların mövqeyinin ifadəsidir. Bu, məni daha böyük işlərə ruhlandırır, eyni zamanda, məsuliyyətimi artırır.

Bir daha demək istəyirəm ki, Azərbaycanda qadınların dövlət həyatında, ictimai-siyasi həyatda iştirakı və uğur qazanması üçün çox gözəl şərait var. Mən qadınlarımızı inamlı olmağa və bu prosesə fəal şəkildə qoşulmağa çağırıram.

- Gərgin iş şəraitində ailəyə, xüsusən də övladınıza vaxt ayıra bilirsinizmi?

- İmkan olduqca vaxt ayırmağa çalışıram. Əlbəttə ki, ailə üzvlərinin dəstəyi, köməyi olmadan siyasətdə, ictimai həyatda uğur qazanmaq heç kəsə nəsib ola bilməz. Mən bu məsələni xüsusi vurğulamaq istəyirəm. Ailəm, yaxınlarım mənim ən yaxın köməkçimdir. Onlar məni ailə, məişət qayğılarından maksimum şəkildə azad edirlər, daim yanımdadırlar, mənə dəstək verirlər. Hansısa məqamda ruhdan düşməyə qoymurlar. Xüsusən fəaliyyətimi stimullaşdıran əsas insan isə qızım Nigardır. Onun göstərdiyi diqqət, uğurlarımla fərəhlənməsi, gələcəkdə bunu təkrarlamaq istəməsi məni daha çox sevindirir. İnanıram ki, ailəmizdə bu günün tələblərinə uyğun, gələcək hədəflərimizi yerinə yetirməyə qadir ola biləcək bir vətəndaş yetişir. Mən ona məişətdə qayğı göstərə bilməsəm də, dövlət və ictimai həyatdakı fəaliyyətim onun üçün bir örnəkdir. O, bu həyatdan özünə lazım olanları götürür. Məncə, bu da az deyil.

- Son olaraq seçicilərinizə nə demək istərdiniz?

- Bu böyük siyasi kampaniyadan sonra nəticələr barədə öz fikirlərimi bölüşməyə şərait yaratdığınıza görə AZƏRTAC-a təşəkkürümü, minnətdarlığımı bildirirəm. Seçicilərimə, mənə inanan şəxslərə, Azərbaycan Prezidentinə təşəkkürümü bildirirəm. Ümummilli liderimiz Heydər Əliyevə çox böyük ehtiramımı və onun xatirəsi qarşısında hər zaman borclu olduğumu hiss etdiyimi bir daha bildirirəm.

AZƏRTAC təkcə Azərbaycanda yox, regionda və dünyada informasiya mühitində özünəməxsus yeri olan bir media qurumudur. Sizə daha böyük nailiyyətlər və uğurlar arzulayıram. Həmçinin seçki prosesinə ayırdığınız diqqətə və vaxta görə təşəkkür edirəm. Siz, bizimlə insanlar arasında çox vacib bir körpüsünüz. Hesab edirəm ki, Azərbaycandakı bütün media orqanlarına da örnək olan bir qurumsunuz. Sizə işinizdə uğurlar arzulayıram.

Bahar Muradova: Dünyada yeni yaranan münaqişələr köhnələri unutdurur VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub VİDEO

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir VİDEO

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub VİDEO

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur