SİYASƏT
Bahar Muradova: İdmandan siyasi məqsədlər üçün istifadə olunması yolverilməzdir
Bakı, 24 may, AZƏRTAC
İdmanın siyasətə qarışdırılması və ondan siyasi məqsədlər üçün istifadə olunması yolverilməzdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 24-də jurnalistlərə müsahibəsində Milli Məclis sədrinin müavini, parlamentin insan hüquqları komitəsinin sədri Bahar Muradova deyib.
Bahar Muradova qeyd edib ki, Azərbaycan UEFA Avropa Liqasının final mərhələsinə ev sahibliyi etməklə qarşısına heç bir siyasi məqsəd qoymayıb. Biz idman oyunlarının bu şəkildə istifadəsini məqbul hesab etmirik.