Bahar Muradova: Ölkəmizdə işgüzar mühitin yaxşılaşdırılması üçün ciddi addımlar atılır
AzerTAg.az
Bakı, 25 yanvar, AZƏRTAC
Qarabağ və Şərqi Zəngəzurda qadın sahibkarlığının inkişafına nail olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 25-də keçirilən “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova söyləyib.
Komitə sədri bildirib ki, ölkəmizdə işgüzar mühitin yaxşılaşdırılması üçün ciddi addımlar atılmaqdadır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qadın sahibkarlığının inkişafına nail olunmalıdır. Xüsusilə qadın sahibkarlar artıq məskunlaşma üçün hazırlanan Zəngilanın Ağalı kəndi və Ağdamda məskunlaşacaq sakinlərin tələbatına uyğun layihələr həyata keçirməlidirlər.

Xəbərin mətnində orfoqrafik səhv var