CƏMİYYƏT
Bahar Muradova: Türkiyə ilə Azərbaycanın dövlət qurumları arasında əlaqələri daha da inkişaf etdirmək mühüm vəzifədir VİDEO
Ankara, 22 aprel, AZƏRTAC
Türkiyə ilə Azərbaycanın dövlət qurumları arasında əlaqələr getdikcə daha da inkişaf edir. Xüsusilə Zəfərdən sonra Azərbaycan və Türkiyə həm bölgədə, həm beynəlxalq aləmdə, həm də ikitərəfli münasibətlərdə tamamilə fərqli bir görkəmdədir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu fikirləri Ankarada mətbuata açıqlamasında ifadə edib.
Rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfərinin nəticələrini yüksək dəyərləndirən komitə sədri vurğulayıb ki, qadın və uşaqlara diqqət etmək bizim vacib dəyərlərimizdəndir. Ona görə də, Türkiyə ilə Azərbaycan arasında bu sahədə əməkdaşlıq əlaqələrini genişləndirmək və inkişaf etdirmək mühüm istiqamət hesab olunur.
Xatırladaq ki, Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanıkın dəvəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti qardaş ölkəyə səfər edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara