CƏMİYYƏT


Bahar Muradova: Ulu Öndərin əsasını qoyduğu siyasət sayəsində Azərbaycan regionda aparıcı aktorlardan birinə çevrilib

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 3-ü Azərbaycanın müstəqillik tarixinin xüsusi günlərindən biridir.

Məhz Ulu Öndərin xidmətləri və əsasını qoyduğu siyasət sayəsində Azərbaycan regionda aparıcı aktorlardan birinə çevrilib. Biz bu dahi şəxsiyyəti ehtiramla anırıq.

AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova oktyabrın 3-də “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda keçirilən tədbirdə söyləyib.

Bildirilib ki, Azərbaycan xalqı 1993-cü il oktyabrın 3-də bir nəfər kimi öz xilaskarına səs verdi. Çünki xalq ona inanır və etibar edirdi.

Bahar Muradova vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri bitib-tükənmir.

Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması və ölkədə köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması məhz Ulu Öndərin adı ilə bağlıdır.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyev ailə dəyərlərini də xüsusi diqqət mərkəzində saxlayırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.