İDMAN


“Bahar” beynəlxalq şahmat festivalı başa çatıb

Bakı, 18 mart, AZƏRTAC

Vüqar Həşimov Şahmat Akademiyasında keçirilən “Bahar” beynəlxalq şahmat festivalına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, yarışın qalibi 7,5 xal toplayan Fərid Cəfərzadə olub. Onunla eyni xalı toplayan Xan Əliyarlı əlavə göstəricilərə görə ikinci pilləyə layiq görülüb. Üçüncü yerə isə Röya Müslümzadə layiq görülüb. İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət yarışda 70 nəfər mübarizə aparıb.

Qalib və mükafatçılara fəxri fərman, diplom və hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.