REGİONLAR


“Bahar fəsli” mövzusunda keçirilən rəsm müsabiqəsi başa çatıb

Naxçıvan, 14 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən “Bahar fəsli” mövzusunda rəsm müsabiqəsi başa çatıb.

Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilən müsabiqədə 20-dən çox şagird iştirak edib. Müsabiqənin keçirilməsində məqsəd muxtar respublikanın inkişaf tarixini, səfalı dağlarını, yaşıllığı və çiçəklərin əlvanlığı ilə göz qamaşdıran füsunkar təbiətini rəsmlərdə canlandırmaqla şagirdlərin bacarıqlarını və ideyalarını üzə çıxarmaq, onların yaradıcılıq potensialını inkişaf etdirməkdir.

Tədbirdə Təhsil Nazirliyinin sektor müdiri Murad Babayev çıxış edərək bildirib ki, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə məktəbdənkənar təhsil müəssisələrində əlverişli mühit formalaşdırılıb, yeni innovativ dərnəklər yaradılıb. İnnovativ dərnəklərə cəlb edilən, həmin dərnəklərdə məşğul olan və fərqlənən istedadlı şagirdlərin yaradıcılıqlarının aşkar olunması və onların üzə çıxarılması diqqətdə saxlanılıb, bacarıqlı və istedadlı şagirdlərdən bəhs edən “İstedadlı şagirdlər” albom-kataloqu nəşr olunub. Məktəblilərə göstərilən bu qayğı onların öz istedadları üzərində daha səylə çalışmalarına təkan verir və nəticədə yaradıcı, fəal gənclik yetişir.

Sonra müsabiqəyə start verilib. İstedadlı şagirdlər 2 saat ərzində muxtar respublikanın təbiətini özündə əks etdirən rəsm əsərlərini müxtəlif texnikada - flamaster, quaş, sulu boya, pastel, yağlı boyadan istifadə edərək çəkiblər.

Çəkilən rəsmlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Beləliklə, müsabiqədə bir I yer, iki II yer, üç III yer və 7 həvəsləndirici yer olmaqla, 13 şagird qalib olub.

Sonda qaliblər diplom və hədiyyələrlə mükafatladırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.