İQTİSADİYYAT


“Bahar” yatağından təbii qaz istehsalı artacaq

Bakı, 5 yanvar, AZƏRTAC

Cari ildə Xəzər dənizinin Azərbaycan sektorundakı “Bahar” yatağından təbii qaz hasilatı artacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin layihəsinə Rəyində deyilir. Bildirilir ki, “Bahar” yatağında 2021-ci ildə 243 milyon kubmetr qaz hasilatı gözlənilir. Ötən il üzrə yataqdan qaz istehsalı 231 milyon kubmetr, 2019-cu ildə isə 178,4 milyon kubmetr olub.

Qeyd edək ki, “Bahar” yatağı qaz-kondensat yatağıdır. Bakıdan 40 kilometr cənub-şərq-cənuba doğru dənizdə yerləşir. “Bahar” yatağı 1969-cu ildən sənaye işlənməsinə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.